Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / Şuşada hansı hərbi sistemlərimiz yerləşdirilib? – Ekspert gördüklərini yazdı

Şuşada hansı hərbi sistemlərimiz yerləşdirilib? – Ekspert gördüklərini yazdı

Şuşa şəhərinin təhlükəsizlik məsələləri gözlədiyimizdən və ehtimal etdiyimizdən daha üstün bir səviyyəyə yüksəldilib. Şuşa ətrafında yerləşən mövqelərimizə həm müxtəlif qoşun növlərinə aid və kifayət qədər ciddi sayda canlı qüvvə, həm də müasir silah sistemləri cəlb olunub.

Belə ki, bu sözləri 5-6 sentyabrda növbəti dəfə Şuşaya səfər edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib.
O bildirib ki, son bir ayda vaxtaşırı olaraq ermənilərin “Xankəndidə mobil rabitə susdurulub” hay-küyü əsassız deyilmiş:

“Ümumilikdə Şuşanın müdafiəsinə cəlb edilən hava hücumundan müdafiə, artilleriya, kəşfiyyat vasitələrinin sıxlığına Azərbaycanın heç bir yerində rast gəlməmişəm. Bunların arasında həm hava məkanına nəzarət vasitələri, həm PUA-ların ələ keçirilməsi üçün qurğular, həm də radioelektron mübarizə sistemləri mövcuddur. Mobil rabitə operatorlarının mülki təyinatlı qüllələri xaric, bütün hərbi təyinatlı texniki avadanlıqların hamısı mobil versiyada fəaliyyət göstərir. Onların yerdəyişməsi ən qısa müddətə həyata keçirilə bilir”.

Həmçinin oxuyun

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Bu günlərdə Meksikanın paytaxtı Mexikoda Latın Amerikası və Karib hövzəsi ölkələrinin (ABŞ, Kanada və Braziliya …