Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirmiş və özünə qəsd etməyə əl atmışdır” – RƏSMİ

“Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirmiş və özünə qəsd etməyə əl atmışdır” – RƏSMİ

Penitensiar Xidmət Qobustan həbsxanasında baş verən intihar hadisəsilə bağlı məlumat yayıb. Azinforum.az həmin məlumatı təqdim edir:

“9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd etmiş, Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilmişdir. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, o, Həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılamış, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirmiş və özünə qəsd etməyə əl atmışdır.

Qeyd edilməlidir ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilmişdir.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …