Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / Şuşa ətrafında erməni yuvaları təmizlənir – ŞƏRH

Şuşa ətrafında erməni yuvaları təmizlənir – ŞƏRH

Şuşanın Yexsaoq (Sarıbaba) və İnşen (Qaladərəsi) kəndləri yaxınlığında yerləşən erməni silahlı birləşmələri mövqeləri tərk ediblər. Bu xəbəri böyük həyəcanla Ermənistanın bir sıra KİV-ləri və teleqram-kanalları yayıblar. 

Erməni əhali baş verənlərdən narahatdır və bir neçə gündür erməni silahlılarının mövqelərini tərk etməsini özlərinin müdafiəsiz qalması kimi qiymətləndirirlər. Çünki erməni hərbçiləri rusiyalı sülhməramlılar əvəz etməyiblər.

Bu iki kənd Laçın-Şuşa yolunun yaxınlığında yerləşir. Ermənilərin bu mövqedən getməsi Bakıda Laçın dəhlizinə nəzarət edilməsinin vacibliyi barədə çağırışlarla üst-üstə düşür. Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya etdiyi xəbərdarlıqda da Laçın koridoruna nəzarət və bölgədə qalan erməni silahlılarının çıxarılmasının hələ də təmin olunmaması yada salınmışdı. Bundan sonra Rusiya MN açıqlama yaydı ki, Laçın dəhlizindən gündə 200 maşın keçir və bu, Azərbaycana verilən hesabat idi. Ardınca Şuşa ətrafında iki kənddə erməni silahlılarının mövqelərini tərk etməsi, Azərbaycanın dövlət başçısının Laçına və Kəlbəcərə səfəri göstərdi ki, artıq sərt təpkilər öz təsirini göstərməkdədir.

Belə bir ərəfədə isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının üzvləri İrəvanda olan Qarabağ separatçılarının başçısı Araik Arutunyanla görüşüblər. Amma görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib. Maraqlıdır, Şuşa ətrafındakı kəndlərin Azərbaycanın nəzarətinə qaytarılması fonunda Arutyunyanın İrəvana getməsi arasında sinxron əlaqə varmı? Araik Ermənistana niyə gedib, nə üçün çağırıblar, separatçı rejimin bölgədə fəaliyyəti ilə bağlı hansı razılaşmalar olub – bu suallar açıq qalır.

Eyni zamanda Ermənistandan daha çox Rusiyanın separatçı rejimi dirçəltmək istədiyi hiss olunmaqdadır. Yəni Araik iki ölkə paytaxtı arasında vurnuxur – Moskva və İrəvan…

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Şair Ramaldanov 

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a dedi ki, bu proses təkcə adıçəkilən Şuşa ətrafındakı ərazilərlə məhdudlaşmır. Onun sözlərinə görə,  Azərbaycanın nəzarət etdiyi yerlər var, bir də üçtərəfli bəyanata əsasən ermənilər olan ərazilərə nəzarət edən sülhməramlılar var: “Təbii ki, Azərbaycan tərəfi sülhməramlı qüvvənin komandanlığı ilə daim təmasdadır, Monitorinq Qrupu da işini görür. Buna qədər məlumatlar varıydı ki, ermənilər iki yeni post qurub, hətta Müdafiə Nazirliyi də bəyanat yaymışdı. Ola bilsin ki, indi həmin postlardan söhbət gedir. Ancaq bütövlükdə sülhməramlılar ərazilərə nəzarət etdikcə, erməni postları azalmalıdır, onlar mövqeləri tərk etməlidirlər”.

Polkovnik düşünür ki, rus sülhməramlıları tam yerləşənə, öz xidmətini tam qurana qədər bu proses davam etməlidir: “Sülhməramlıdan başqa heç bir silahlı qüvvə olmalı deyil. Əgər həm erməni silahlısı, həm rus oturubsa, ona sülhməramlının fəaliyyəti nə ilə bağlıdır? Ona görə postların azaldılması işi gedir, ola bilsin həmin postlardan atəş də açılırmış, indi onlar ləğv edilir. Ümumiyyətlə, səbəblər çox ola bilər.

Lakin həm Azərbaycanın Xarici İşlər Nazirliyi, həm Müdafiə Nazirliyi tərəfindən verilən bəyanatlar göstərir ki, dövlət strukturları bütün prosesə nəzarət edir, maraqlarımıza zidd ola biləcək addımların qabaqcadan qarşısını alırlar. Bu məsələdə qardaş Türkiyənin və Rusiyanın birgə Monitorinq Qrupu da fəaliyyət göstərir. Azərbaycanın dövlət strukturları bu qrupla təmasdadır və danışıqlar aparılır. Amma bu yaxınlarda Ermənistanın baş qərargah rəisi açıqlama yaymışdı ki, guya heç bir post geri çəkilməyib. Başa düşmürəm, Ermənistanın baş qərargah rəisi Azərbaycanın suveren ərazisi ilə bağlı niyə danışmalıdır? Bizim ərazi bütövlüyümüz bərpa olunub, bu haqda uzağı sülhməramlı qüvvələrin komandanlığı nəsə deyə bilər”.

Həmçinin oxuyun

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Bu günlərdə Meksikanın paytaxtı Mexikoda Latın Amerikası və Karib hövzəsi ölkələrinin (ABŞ, Kanada və Braziliya …