Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Survivor”da QORXUNC HADİSƏ – ACUN ŞOKDA – VİDEO

“Survivor”da QORXUNC HADİSƏ – ACUN ŞOKDA – VİDEO

“Survivor” un operatoru Dominikanda faciəvi şəkildə öldürülüb.
Moderator.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalının layihə rəhbəri və aparıcısı olduğu “Survivor”da dəhşətli hadisə yaşanıb. Müsabiqənin 24 yaşlı operatoru Alper Baycın Dominikanda bir neçə nəfərin silahlı hücumuna məruz qalıb. Türkiyə KİV-inin yazdığına görə, telefonunu və çantasını almaq istəyən oğrular gənci ürəyindən bıçaqlayaraq öldürüblər. Tibbi müdaxilələrə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən dərhal sonra qaçmağa çalışan 2 şübhəli şəxs polis tərəfindən ələ keçirilib.

Aparıcı canlı yayımdan acı xəbəri açıqlayarkən gözlərinin şişməsi diqqət çəkib. İddialara görə, işçisinin ölümündən təsirlənən Acunun üzü kədərdən şişib.

Onu da qeyd edək ki, Alper Baycın nişanlı olub.

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …