Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sürücünün söydüyü yol polisi işdən çıxarıldı

Sürücünün söydüyü yol polisi işdən çıxarıldı

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub. 

“Qafazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, Mehdi Səlimov təqaüdə göndərilib.

Hüquq-mühafizə orqanlarından məlumatı təsdiqləyiblər. Bildirildi ki, həqiqətən də, Mehdi Səlimov təqaüdə göndərilib.

Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …