Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılır

Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılır

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.
Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.
Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.
Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …