Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Sürücülər diqqətli olun ki, saatlarla tıxacda qalmayasınız – VİDEO

Sürücülər diqqətli olun ki, saatlarla tıxacda qalmayasınız – VİDEO

Sürücülər diqqətli olun ki, saatlarla tıxacda qalmayasınız. Bakı-Sumqayıt yolunun ”Şamaxinka” kimi tanınan ərazisində qaz xəttinin dəyişdirilməsi ilə əlaqədar yolda 15-20 gün müddətində hərəkət məhdudulaşdırılacaq.

49 il əvvəl istifadəyə verilən qaz xətti dəyişdirilir.

Söhbət Bakı-Sumqayıt yolunun köməkçi hissəsi, ”Şamaxinka” kimi tanınan ərazidəki yeraltı qaz kəmərindən gedir. Əraziyə xeyli sayda texnika və işçi heyət cəlb olunub. İşlər təxminən kəmərin 700-800 metrlik sızıntı olan hissəsində aparılacaq.

”Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, diametri 530 millimetr olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb.

Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq. “Azəriqaz” İB-nin əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar ki, iş tez yekunlaşsın.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, işlərin 15-20 günə yekunlaşması planlaşdırılır. Bu müddət ərzində isə həmin yolda nəqliyyat vasitələrinin hərəkətində məhduduiyyətlər olacaq.(Xezerxeber.az)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …