Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Sürücülərə şad xəbər: Maşınlara pərdə vurulmasına icazə verildi – VİDEO – FOTO

Sürücülərə şad xəbər: Maşınlara pərdə vurulmasına icazə verildi – VİDEO – FOTO

Mayın 1-dən etibarən avtomobillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar. Bu qərar noyabrın 15-ədək qüvvədə qalacaq. Ancaq, şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Elməddin Muradlı – Ekspert: “Arxa yan şüşələrə vurulur sadəcə olaraq. Burada plyonkadan söhbət gedə bilməz, teatral pərdədən söhbət gedə bilməz. Bəzən sürücülər icazəni özlərinə sərf edən variantda başa düşürlər. Teatral pərdələrdən istifadə edirlər. Hansı ki, içəridə tam məhdudiyyət yaradır. Görüntü yoxdur. Plyonkalardan da istifadə edirlər. Bu da qadağandır, olmaz”.

Artıq bazarda jalüz və pərdələrə təlabat da artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq dəyşir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər pərdə və jalüzlərdən istifadə edərkən diqqətli olmalıdır. Bəzən sürücülər avtomobilin arxa yan şüşəsinə də plyonkla vurur. Bu qanunla qadağandır və bunu edənlər cərimələnir.

Vaqif Əsədov – DYP-Nin Bölmə Rəisi: “Avtonəqliyyat vasitələrinin güzgü və ya buqələmun rəngdə olması inzibati xəta tərkibi yaradır. Eləcə də qapı şüşələrinə plyonka vurmaqla istismar edilməsi inzibati xəta tərkibi yaradır və bunu edən sürücülər 150 manat məbləğində cərimə olunur”.

Sürücü: “Maşın bazarında texniki standartlara uygun yığıb quraşdırırlar. Amma belə məhəllələrdə düzəldənlər də var. Deyirlər guya içində məftil olur. Guya təhlükəlidir. Qəza anında nəsə xətər verə bilər”.

Fərhad Eyyubov – Ekspert: “Həmin o şüşələrin görmə dərəcəsi müəyyən faizlərə uyğun olaraq arxa, yan şüşələrə görə icazə verilir. Nə qədər müşahidə prosesi, yəni görmə çox geniş olsa, yaxşı olsa, sürücülərdə təhlükəsizlik məsələsi o qədər asan həll olunur”.

Bu gün əksər bazarlarda istifadəsi qadağan olunan plyonka və pərdələr satılır.

Vaqif Əsədov – DYP-nin Bölmə Rəisi: “Satılan hər hansı əşyanın təyinatını dərindən bilmək lazımdır. Bu gün plyonka satılırsa və bunun ev şüşələrinə də vurulması nəzərdə tutulubsa, niyə biz bunun fərqinə varmırıq. Yəni konkret standartlarda tələblər nədir, o tələblərə uyğun hərəkət etməliyik”.

Qeyd edək ki, avtomobilin ön şüşəsinin şəffaflığı minumum 75 faiz, qabaq yan şüşələr 70 faiz, arxa yan şüşələr isə 60 faiz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …