Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Sürücülər Abşeron ərazisində Zəngilan rayon DYP əməkdaşlarından fəryad edir

Sürücülər Abşeron ərazisində Zəngilan rayon DYP əməkdaşlarından fəryad edir

Son günlər mətbuatda ən çox müzakirə olunan mövzülardan biri Baş Dövlət Yol Polis İdarəsinin rayon şöbələrində baş verən bəzi neqativ hallrdır desək yanılmarıq.

Dosye.org-n əməkdaşının Abşeron rayon Masazır qəsəbəsindən hazırladığı reportajı bəzi səbəblərdən yayımlamırıq. Onuda nəzərinizə çatdıraq ki, Zəngilən rayon DYP əməkdaşları onlara aid olan ərazidə deyil, Masazır körpüsü və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtomaşınları saxlayır, sürücüləri protokol yazmaqla hədələyirlər.

Bizə müraciət edən sürücülər bildirirlər ki,  Zəngilan DYP əməkdaşları onların idarə etdikləri avtomaşınları saxlayır və heç sənət tələb etmədən DYP-nin xidməti maşınlarına dəvət edir. Söhbət zamanı sürücü DYP əməkdaşlarından pritokol yazmamağı xahiş edir. Lakin qarşı tərəfin mövqeyi hər birimizə məlum olduğu üçün geniş şərh verməyə ehtiyac duymuruq. Amma DYP əməkdaşlarının bu cür neqativ əməlləri əlbətdə ki, dərindən araşdırmalıdır.

Ən azından Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun son atdığı addım bunu deməyə əsas verir. Məlum məsələdir ki, bütün sahələrdə axsayan tərəflər hər zaman diqqət mərkəzində olub. Cəmiyyətimizin təhlükəsizliyinə tam qaranti ilə dövlətə xidmət edən polislərimiz kifayət qədərdir. Məhz onların qəhrəmanlığının nəticəsidir ki, ölkədə əminamanlıq höküm sürür. Bu o demək deyil ki, bəzi şəxslər öz şəxsi mənafeylərini güdməklə ölkə vətəndaşlarını narazı salsın. İnanırıq ki, DİN və Zəngilan RPİ məsələyə öz münasibəti bildirəcək. Mövzüya yenidən qayıdacayıq.

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …