Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Sürücülərə XƏBƏRDARLIQ– EHTİYATLI OLUN!

Sürücülərə XƏBƏRDARLIQ– EHTİYATLI OLUN!

Məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə məlumat verib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək.

Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

Eyni zamanda, piyadalardan xahiş edirik ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …