Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Sürücülərə pərdə xəbərdarlığı: “…yoxsa 150 manat cərimə ediləcəksiniz” + VİDEO

Sürücülərə pərdə xəbərdarlığı: “…yoxsa 150 manat cərimə ediləcəksiniz” + VİDEO

Növbəti ayın 1-dən etibarən Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə pərdə və jalüz vurmağa icazə veriləcək. Bunun üçün də pərdələrin satışı artıb.
Amma sürücülər diqqətli olmalıdır. Çünki qaydalara uyğun olmayan avadanlıqlardan istifadə edənlər 150 manat məbləğində cərimlənə bilər.
Azinforum.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, mayın 1-dən etibarən avtomobillərə sənayü üsulu ilə hazırlanmış pərdə və jalüzlərin vurulmasına icazə veriləcək.
Hər bir pərdə avtomobilin modelinə uyğun şəkildə yığılır və sifarişlə hazırlanıb avtomobilin üzərinə taxılması cəmi 15 dəqiqə çəkir. Avtomobil üçün jalüzlərin qiyməti 25-40 manat arasında dəyişir.
Ekspertlər isə sürücülərə xəbərdarlıq edir ki, qanunvericiliyə uyğun olmayan avadanlıqdan istifadə edənlər 150 manat cərimlənə bilər.
Qeyd edək ki, ölkəmizdə avtomobilin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz və pərdələrin istifadəsinə noyabrın 15-dək icazə verilir.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …