Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Suraxanıda BİABIRÇILIQ: İcra başçısının adı qəbirstanlıqda hallanır

Suraxanıda BİABIRÇILIQ: İcra başçısının adı qəbirstanlıqda hallanır

Ötən yazılarımızda “Suraxanı rayonunda RƏZALƏT: Qəbiristanlıqlar icra başçısı üçün satılır” başlıqlı məqalədə baş verən xoşagəlməz hadisələrlə bağlı bəzi məqamlara toxunmuşduq.

Nəzərinizə çatdıraq ki, tənqidi məqalə Suraxanı rayon Dədəqorqud qəsəbə sakinlərinin şikayəti əsasında dərc edilmişdir. Sakinlər iddia edirlər ki, Dədəqorqud qəsəbə qəbirstanlığı artıq bir növ biznesə çevrilib. Acınacaqlı hal ondan ibarətdir ki, qəsəbədə yaşayan sakinlərinin yaxınları haqq dünyasına qovuşduqdan sonra bir necə şəxslərin qəbirstanlıqda hökümüranlıq etdikləri və mərhumun dəfni üçün torpağı 3000(min) manatdan yüksək qiymətə aldığını nəzərə alsaq, sözün həqiqi mənasında Suraxanı rayonu nəzarətdən yayınıb. Bir sözlə, Suraxanı rayon Dədəqorqud qəsəbə sakinləri Həsən və Mamed adlı şəxslərin qurbanına çevrilib. Sual yaranır. Adı hallanan şəxslər qəbirstanlıqda hansı əsasla dəfn üçün torpağı yüksək qiymətə satır? Axı kimdir bu maklerləri himayadarlıq edən?

Mənbə iddia edir ki, Həsən və Mamed adlı şəxslər aldıqları yüksək məbləğdə pulu yuxarı, yəni icra başçısına və digər qurumlara ötürür. Əslində, mənbəmizin iddiaları bir növ inandırıcıdır. Əgər, ölkə başçısı cənab İlham Əliyev öz səlahiyyətli nümayindəsini rayona təyin edirsə, deməli ona inanır və eyni zamanda etimad göstərir. Etimad göstərilən şəxsdə özünü doğrultmalı və rayonda baş verən neqativ halların qarşısını almalıdır. Deməli, Suraxanı rayon Dədəqorqud qəsəbəsində yaşanan özbaşınalıqlardan icra başçısının məlumatı var. Yox, əgər doğrudanda məlumatı yoxdursa, deməli ona həvalə olunan işin öhtəsindən layiqincə gələ bilmir.

Dosye.org olaraq bir daha bildiririk ki, Suraxanı rayon Dədəqorqud qəsəbə sakinləri Həsən və Mamed adlı şəxslər bütün vasitələrdən istifadə edərək, vətəndaşları dövlətdən və dövlət başçısından narazı salmağa çalışır. Çox istərdik ki, aidiyyətli qurumlar məsələni nəzarətə götürsün və adı hallanan şəxslər barəsində araşdırmalara başlasın.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …