Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Aktual / Surət Hüseynovun vəziyyəti necədir? – Kürəkənindən açıqlama

Surət Hüseynovun vəziyyəti necədir? – Kürəkənindən açıqlama

“Hələ dəqiq bilinmir nə baş verib”.

Bu sözləri Qaynarinfo-ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir: “Onun reanimasiyada olduğu bildirilir. Hələ ki, ora gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər komaya düşüb”.

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.

“Vallah bilinmir, qəfil olub deyəsən. Bir ora gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, deyə Surət Hüseynovun kürəkəni bildirib.

Həmçinin oxuyun

Şəhid dəfnində gülən iş adamı: “Yüngül həyat tərzi keçirən o qadını tanıyıram”

Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən …