Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Sumqayıtı şıdırğı pirotexnika satışı bürüyüb,tədbir görənsə yoxdur

Sumqayıtı şıdırğı pirotexnika satışı bürüyüb,tədbir görənsə yoxdur

Sumqayıtı şıdırğı pirotexnika satışı bürüyüb,tədbir görənsə yoxdur

Görəsən hüquq mühafizə orqanları  Sumqayıtda bu özbaşınalığa niyə göz yumur?!

Hər il olduğu kimi  bu il də yeni il qabağı “vzrıvpaket” mövzusu gündəmə gəlir.

Qarşıdan gələn yeni il bayramı ilə əlaqədar ən çox da uşaqların istifadə etdiyi pirotexniki vasitələr Sumqayıtda ələlxüsus mərkəzi yerlərdə-Sülh küçəsi,Heydər Əliyev prospekti boyu, “Cavid” və “Karvan” ticarət mərkəzlərinin  ətrafındakı müxtəlif yerlərdə ,eləcə də böyük supermarketlərin qabağında ,insanların  sıx olduğu, gur axın etdiyi yerlərdə açıq şəkildə, günün günorta çağı açıq-aşkar,heç kimdən çəkinmədən satılır.Və heç kim onlara “güldən ağır” söz demir,heç bir polis , hüquq mühafizə orqanları işçisi nəniki yaxınlaşıb bildirmir ki,bu cür partlayıcı maddələrin satışı qadağandır,heç ümumiyyətlə ətrafda görsənmir.Və ən dəhşətlisi odur ki,Sumqayıtda yeni il ərəfəsində bu cür vəziyyət hər dəfə təkrar olunur.Kimlərsə pul qazanacaq deyə insanlar əziyyət çəkir.Bu alver yeni il qabağı yaxşı gəlir gətirdiyindən, “vzrıvpaketlərə”  tələbat bu günlərdə çox artığından və baha satıla bilindiyindən Sumqayıtda yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ilə məşğul olan yüzlərlə səyyar satış  nöqtələri göbəlik kimi peyda olub çoxalır.Çoxsaylı belə piştaxtalarda hər növ və müxtəlif qiymətlərə  pirotexniki vasitələrə satılır və bu cür satış yerlərini müşahidə etmək  çətin deyil,çünki o dəqiqə gözə çarpır.Bir qayda olaraq bu cür  səyyar “polkaların” xeyli sayda  alıcı toplaşır. 

İctimai yerlərdə pirotexniki vasitələri satan şəxslər bildirirlər ki,onlar bir neçə gün alver etmək üçün  böyük  haqq verirlər.Görünür bu səbəbdən də onlara heç nə deyən yoxdur. Görəsən hüquq mühafizə orqanları Sumqayıtda bu özbaşınalığa niyə göz yumur?!

Halbuki , yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ölkədə qadağan olunub.

Yaxşı olardı ki, hüquq mühafizə orqanları Sumqayıtda  bu cür özbaşnalığa göz yummayaraq bir tədbir görərdi.Xatırlatmaq lazımdır ki, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub.

Həmişə olduğu kimi, bu yeni il qabağı da küçələrdə “partapartlar” başlayıb.

Bu cür partladanların insanların psixikasına da mənfi təsir edir. Uşaqların bunu partlatmağı xeyli problem yaradır. Bu səslər xəstə, yaşlı adamların psixikasına pis təsir edir. Qəflətən bunların partladılması insanların səksənməsinə, müxtəlif reflekslərin yaranmasına,müxtəlif növ səbəb olur.

Hər bayramda bu cür pirotexniki vasitələrə görə bədbəxt hadisələrin də baş verməsinin şahidi olur, bununla bağlı xəbərlər oxuyuruq. Kimisi yanıq xəsarəti alır, kimisi barmaqlarını və ya əlini itirir, kimisi kor olur, kimisi evini yandırır, hətta ölümlə nəticələnən bədbəxt hadisələr belə baş verir. “Partapart” səsindən  bir çox insanlar evdə ,küçədə həmin günlər rahat gəzməyin  mümkün olmadığını deyirlər.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT