Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sumqayıtda polis rəisi münaqişə zamanı başından daşla vurulub

Sumqayıtda polis rəisi münaqişə zamanı başından daşla vurulub

Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.

N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …