Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Sumqayıtda özünü yandıran taksi sürücüsü xəstəxanada ölüb

Sumqayıtda özünü yandıran taksi sürücüsü xəstəxanada ölüb

Sentyabrın 20-də saat 02 radələrində Sumqayıtdakı “Şəfa” sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb.

APA-nın xəbərinə görə, Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə məlumatında bildirilir ki, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb və təcili yardım çağırıblar.

Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, saat 15 radələrində dünyasını dəyişib.

Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

*     *     * 16:21

Dünən gecə saat 23 radələrində 27 yaşlı Məqsəd adlı taksi sürücü üstünə benzin tökərək özünü yandırıb.

Moderator.az-ın xəbərinə görə, hadisə Sumqayıtda-“Nərimanov” adlandırılan ərazidə baş verib.

Ətrafdakılar taksi sürücüsünə kömək etməyə çalışsalar da onu xilas etmək mümkün olmayıb.

Özünü yandıran şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da vəziyyətinin ağır olduğunu əsas gətirərək onu xəstəxanaya qəbul etməyiblər. Bakıya aparılan taksi sürücüsü yolda dünyasını dəyişib.

Məqsəd ölməmişdən qabaq “məni buna QAİ Ramin məcbur etdi” deyib.

Qeyd edək ki, mərhumun iki azyaşlı uşağı var.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın