Cümə , Oktyabr 7 2022
Ana səhifə / Aktual / Sumqayıtda itkin düşən məktəbli TAPILDI (YENİLƏNİB)

Sumqayıtda itkin düşən məktəbli TAPILDI (YENİLƏNİB)

Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı tapılıb.

“Unikal” xəbər verir ki, bu barədə N. Pənahlının yaxınları məlumat verilib. 

Xatırladaq ki,  yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Qeyd edək ki, o, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin şagirdidir.

xxx

22:00

Sumqayıtda 7-ci sinif şagirdi, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı itkin düşüb.

“Unikal” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, 12 yaşlı məktəbli günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. 

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verilib. 

N. Pənahlını görənlərdən polisə məlumat vermələri xahiş olunur.

Həmçinin oxuyun

Prezident ölkədə COVID-19-la bağlı vəziyyətdən danışdı

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və …