Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Sumqayıt Təhsil şöbəsinə yeni müdir təyin olundu – Foto

Sumqayıt Təhsil şöbəsinə yeni müdir təyin olundu – Foto

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir  təyin olunub. 
Sumqayıt şəhər 25 nömrəli tam  orta məktəbin   direktoru Arzu Şirxan qızı Alızadə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri təyin  olunub.
A. Alızadə 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. İyirimi ildən yuxarı  pedaqoji təcrübəsi olan A. Alızadə 20 və 22 nömrəli orta məktəblərdə müəllim və Sumqayıt şəhər Təhsil Şöbəsində çalışıb. Bir sıra layihələrin iştirakçısı və qalibi olub.
Qeyd edək ki, yeni müdir bu gün Sumqayıt Təhsil şöbəsinin kollektivinə təqdim olunacaq.
Xatırladaq ki, 2016-cı ilin  noyabrından 2018-ci ilin   aprel ayına qədər Sumqayıt Təhsil şöbəsinə Nizami Namazov rəhbərlik edib. O, işdən azad olunduqdan sonra bu posta təyinat olmayıb.
Son təyinata   qədər isə  Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti olaraq qurumun  məsləhətçisi Ramin Abbasov  icra  edib.
Xeberle.com 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …