Ana səhifə / Aktual / “Sumqayıt” klubu kabel oğurlayan futbolçu haqda: “Vaxtlı-vaxtında əməkhaqqını alıb”

“Sumqayıt” klubu kabel oğurlayan futbolçu haqda: “Vaxtlı-vaxtında əməkhaqqını alıb”

Kabel oğurluğuna görə saxlanılan “Sumqayıt” futbol klubunun yarımmüdafiəçisi Nicat Muxarovun əməkhaqqı ilə bağlı heç bir problemi olmayıb. Bunu virtualaz.org-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
Onun sözlərinə görə, klubda 3-4 ildir ki, əməkhaqqının gecikdirilməsi ilə bağlı heç bir problem yaşanmır: “Nicat Muxtarov 2 il yarımdır ki, bizim klubda oynayır. Vaxtlı-vaxtında maaşını alıb, ümumiyyətlə, 3-4 ildir ki, klubumuzda əməkhaqqı ilə bağlı problem yaşanmır. Onun nə qədər maaş aldığını deyə bilməyəcəyəm, amma bizdə hər futbolçu öz əməyinə görə əməkhaqqı alıb”, – deyə R.Məmmədov bildirib.
Klub rəsmisi həmçinin N.Muxtarovun oğurluq etməsi ilə xəbəri də bu gün eşitdiklərini bildirib: “Düzdür, Nicat son bir həftə ərzində komandanın məşqlərinə qatılmayıb. Ailəsindən onun xəstə olduğunu bildiriblər. Amma oğurluq etdiyini bu gün səhər öyrəndik”, – deyə R.Məmmədov bildirib.
Xatırladaq ki, N.Muxatrov “Sumqayıt” futbol klubunun yarımmüdafiəçisidir və 8 nömrəli forma ilə əsas heyətdə çıxış edir.
Daxili İşlər Nazirliyi futbolçunun saxlanılması ilə bağlı məlumat yayıb. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.
Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

*   *   *11:54
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda üstü açılmış oğurluq hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.
Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.
Qeyd edək ki, tutulanlardan Nicat Muxtarov “Sumqayıt” futbol klubunun oyunçusudur.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın