Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Aktual / Sumqayıt Gənclər evi – Cumhuriyyətimizin qurulmasının 103-cü il dönümü münasibəti ilə film hazırlandı

Sumqayıt Gənclər evi – Cumhuriyyətimizin qurulmasının 103-cü il dönümü münasibəti ilə film hazırlandı

Axşamınız xeyir. Sumqayıt Gənclər evinin təşkilatçılığı ilə qısametrajlı film hazırlanıb.

Sumqayıt Gənclər evinin rəhbərliyi və kollektivi adından Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edirik! 28 may 1918 – ci ildə çətin ictimai siyasi vəziyyətdə Azərbaycan ziyalıları dünya güclərinə meydan oxuyaraq Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin əsasını qoydu. 2 ilə yaxın ayaqda dayanan bu Cumhuriyyət millətin qəlbində olan azadlıq eşqini elə alovlandırdı ki, Sovet rejimi 70 il təqiblər, repressiyalar, və bir çox yollara əl atsada bu eşqi boğa bilmədi.

Xalqın içində yenədə ziyalı bir nəsil formalaşdı və sovet repressiyalarının tüğyan etdiyi bir dövrdə Azərbaycan Xalq Cumhuriyyətinin varisi olan Azərbaycan Respublikasının təməlləri atıldı. Ordu quruculuğu, təhsil və infrasturuktur inkişaf etdirildi. Və nəhayət əsarət zəncirlərinin qırılma zamanı gəlib çatmışdı.

\Xalq meydanlarda qanı bahasına azadlıq əldə etdi. Bu azadlıq bizə heçdə asan başa gəlmədi. Torpaqlarımızı itirdik…

Lakin 1918-ci ildə dediyimiz kimi Bir kərə yüksələn bayraq bir daha enməz! O bayraq enmədi. Enməyəcək! Bizim bütün tarixi torpaqlarımızda qürurla dalğalanacaq! Necə ki, bu gün zirvələr aşiqi bu bayraq Şuşa səmalarında dalğalanır.

Həmçinin oxuyun

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə …