Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Summer Tour” operatoru Azərbaycanda yay mövsümünü açıq elan etdi

“Summer Tour” operatoru Azərbaycanda yay mövsümünü açıq elan etdi

Dünən möhtəşəm “Four Seasons” otelində ölkəmizin bütün turizm agentliklərinin əməkdaşları və Antaliya, Bodrum, Marmaris, İstanbul, Fəthiyyə, bir sözlə, bütün Türkiyədən 50-ə yaxın otelin nümayəndələri toplaşmışdı. Bu əhəmiyyətli görüşün səbəbi ölkəmizdə yay turizm mövsümünün rəsmi açılışı idi.

Turizm aləmində belə vacib tədbirin təşkilatçısı olaraq Türkiyənin ən böyük operatorlarından biri olan “Summer Tour” çıxış edirdi. Tədbirin birinci, tanışlıq hissəsi “Era Style” şirkətinin direktoru Ayxan Allazlının nitqi ilə başladı. O, qonaqları salamlayaraq, qeyd etdi ki, adəti üzrə, bilavasitə turizm sərgisinin ərəfəsində baş tutan turizm üzrə seminar hər il tətbiq edilən yenilikləri ilə öncəkindən fərqlənir və turizm şirkətlərinə xarici otellərlə yaxından tanış olmağa, otellərə isə özlərini daha yaxşı tanıtmaq imkanı verir.

Daha sonra söz “Summer Tour” şirkətinin sahibi, cənab Mahir Əhmədoğluna verildi. Mahir bəy milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq turizm bazarında yaranmış vəziyyəti ətraflı sürətdə təsvit etdi və qeyd etdi ki, har-hazırda bütün turizm şirkətləri çox çətin dönəm yaşayır. Eyni zamanda Mahir bəy bildirdi ki, ölkəmiz yaranmış iqtisadi vəziyyətdən cəsarətlə çıxır və toplaşan qonaqları əmin etdi ki, böhran “Summer Tour”un gələcək fəaliyyətində əks olunmayacaq, şirkət öz mənfəətinin zərərinə olsa belə, bütün turistlərə əlverişli qiymətlərlə paketlər təklif etməyə çalışacaq. Sözlərinin sübutu olaraq, Mahir bəy elan etdi ki, bu il Türkiyə turlarına mininmal qiymət 299 AZN 5*, Dubay turlarına – 149 AZN, İspaniyaya isə 599 AZN təşkil edəcək. Belə əlverişli qiymətləri olan turların sayı məhduddur. Odur ki, sizi tələsməyə çağırırıq. Bundan başqa, Mahir bəy 2015-ci il yay mövsümü üçün nikbin əhvala kökləndiyini bildirdi.

Xatırladaq ki, “Summer Tour” Türkiyənin 500 mindən çox müştəriyə sahib olan, beşinci ən böyük tur operatorudur. Turizm Nazirliyinin Turizm şöbəsinin rəisi cənab Aydın İsmiyev isə turizm sərgisinə hazırlıqların tam gücü ilə davam etdiyini bildirdi və qonaqları sərgini ziyarət etməyə dəvət etdi. Bundan başqa, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və Türkiyə səfirliyinin turizm və mədəniyyət üzrə müşaviri Seyid Əhməd bəy də çıxış etdilər. Seminarın ikinci hissəsi Türkiyənin müxtəlif şəhərlərində yerləşən otellərlə biləvasitə tanışlığa həsr olunmuşdu. Xatırladaq ki, onların sayı 50-yə yaxın idi. “Nəyə görə azərbaycanlı turistlər məhz sizin oteli seçməlidirlər?” sualına otel nümayəndələri çoxsaylı səbəb və özəlliklər göstərdilər. Məsələn, “Papillon” otellər şəbəkəsi turizm bazarında artıq 20 ildir ki çalışır və hər bir qonağın özünü oteldə özəl hiss etməsini təmin edir. Bələkdə yerləşən 3 otel istər çoxuşaqlı ailələri, istərsə də təklik və sükut həvəskarı olan hər kateqoriyalı qonaqları qarşılamağa hazırdır. Həmçinin, şəbəkənin otellərindən biri olan “Papillon Zeugma” bu il qonaqların arzu və təkliflərini nəzərə alaraq, tamamilə yenidən tikilmişdir. “Crystal” otelləri Türkiyənin ən böyük otel şəbəkəsidir və Kəmər, Bələk, Bodrum, Sidədə 15 otellə təmsil olunur. Holdinqin tacı isə Maldiv adalarına getmədən, maldivsayağı istirahəti təmin edən “Nirvana” oteli hesab olunur. Eyni zamanda, “Crystal” otellər şəbəkəsi qonaqların maddi durumuna zərbə yetirmədən keyfiyyətli istirahət təklif edir.

Təkcə Türkiyədə deyil, Çex Respublikasında da təmsil olunan “Euphoria” otellərinin özəlliyi onların hər birinin təbiətə yaxın, yaşıllıq içində olmasıdır. Məhz bu səbəbdən də otel nümayəndələri qonaqları onların otelində qalmağa dəvət edir.

“Rixos” brendi isə azərbaycanlılara kifayət qədər tanış brenddir. Otelin təmsilçisi qeyd etdi ki, Rixos keyfiyyətinin yüksəkliyi əlçatmazdır və bunu otelə ildən-ilə qayıdan təkrar müştərilərin sayı sübut edir.

Biz isə, həmvətənlərimizə doğru seçim etməyi və Türkiyədə yay tətilindən doyunca həzz almağı arzulayırıq. Qey etmək istyirik ki, qısa zaman ərzində sizi İspaniyanın otelləri ilə də tanış edəcəyik. Çünki bu il “Summer Tour” bizlərə çox əlverişli qiymətlərlə Barselona turları təklif edir.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın