Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / Sülhməramlılar Qarabağda hərbi xəstəxana qurdular

Sülhməramlılar Qarabağda hərbi xəstəxana qurdular

Xankəndində Rusiya Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Tibbi Birliyin (MOSN) bölmələri tərəfindən səhra xəstəxanası qurulub.

Hərbi modul xəstəxanalar Xankəndi şəhərindəki hava limanında yerləşdirilib.

“Pnevmatik karkas modulların yerləşdirilməsi başa çatıb. Hər şeydən əvvəl, sülhməramlı kontingentin tibbi dəstəyinə diqqət ayırırıq. Və mülki əhaliyə yardım göstərməyə hazırıq. Öz vəsaitlərimizlə 40-a qədər adam yerləşdirməyə hazırıq”,- deyə tibbi hissə rəhbəri Yaroslav İvanov jurnalistlərə bildirib.

Bildirilib ki, xəstəxanaya hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisi cəlb olunub.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …