Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Aktual / “Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar” – Zakir Həsənov

“Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar” – Zakir Həsənov

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dair suala cavabında deyib.

“Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar”.

Zakir Həsənov, eyni zamanda qeyd edib ki, Azərbaycan Ordusu Türkiyədə keçirilən “Saha Expo” sərgisində nümayiş olunan əksər silahlarla maraqlanır: “Artıq müqavilələrimiz də var. Baxırıq, müzakirələr aparırıq. Xüsusən qeyd etmək istərdim ki, son illərdə Türkiyədə silah istehsalında böyük işlər görülüb. Bu, bizi sevindirir”.

Nazir Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən bir sıra işləri də açıqlayıb: “İşlərin əksəriyyətini görmüşük. Təşkilati-ştat strukturu dəyişib, sistem, əsasən idarəetmə dəyişib. Bu, uğurla tətbiq olundu. Bu, son döyüşlərdə də özünü göstərdi”.

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …