Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Sübut olunsa, vәzifәmdәn gedә bilәrәm”- Nazir+yenilənib

“Sübut olunsa, vәzifәmdәn gedә bilәrәm”- Nazir+yenilənib

Bakı Avropa Oyunlarının açılışı ilə bağlı keçirilən tədbirdə Gənclər və idman naziri Azad Rәhimov oyunlara tam hazır olduqlarını bəyan edib.

Qafqazinfo“nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, nazir idman obyetklərinin tikintisində korrupsiyaya yol verilməsi ilə bağlı suala belə cavab verib: “Sizә rәqәmlәr açıqlaya bilәrәm. Heç bir sübut olmadan bundan danışırlar. Bizim idman büdcәmizlә bağlı sual verirsizsə, 10 milyon büdcәmiz var. Bu milli komandanın sәfәrlәrinә vә tәlim kurslarına sәrf olunur. İdman obyektlәri üçün lәvazimatlar alınır və idman obyektlәri tikilir. Dünyada tanınan istәnilәn audit şirkәti 10 milyon büdcəmizdәn 1 manat kәnara xәrclәndiyini sübut etsә, mәn vәzifәmdәn gedә bilәrәm. Biz maliyyә xәrclәrini hesabladıq. Bizim büdcәmiz әvvәlcә 960 milyon manat idi. Daha sonra digәr xәrclәrә 1 milyard 1 milyon 74 min manat sәrf olunub. Bütün ölkәlәrdә belә oyunlar keçirilәn zaman xәrclәr artır.

Devalvasiya ilә bağlı xәrclər dәyişdi. 134 milyon manat әlavә xәrc devalvasiya ilә bağlı meydana çıxdı. Xaricdәn gәlәn mütәxәssislәrә böyük mәblәğdә xәrclәr gedir. Onlara yüksәk maaşlar verilir. Şәhәrdә olimpiya obyektlәri tikilir”.

***

Nazir Avropa Oyunları ilə bağlı nəqliyyat sisteminin vəziyyətindən də danışıb: “Nәqliyyat sxeminә gәldikdә bizim әsas mәqsәdimiz yaxşı şәrait yaratmaqdır. Bunun üçün işlәr görmüşük. Bununla bağlı xüsusi şirkәt var. İkinci mәqsәdimiz dә odur ki, nәqliyyat sistemini tәnzimlәrkәn yerli әhaliyә çәtinlik yaratmayaq. Bunun üçün dairә yollarından istifadә etmişik. Fikir verirsizsә, şәhәrin mәrkәzindә sarı xәttlәr yoxdur.

Bakı şәhәrindә hәrәkәti tәnzimlәmәk üçün yeni avtobuslar alınıb. Onların sayı 200-dәn çoxdur və hamısında kondisoner var”.

***

Azad Rəhimov həmçinin Bakıya gələn qonaqların təhlükəsizliyi məsələsinə də toxunub:

“Tәhlükәsizlik sahәsindә әn yeni texnologiyalardan istifadә olunur. Tanınmayan terrorçuların aşkarlanması üçün yaradılan kameralardan isifadә edilir. Hәr şey yoxlanılır. Tәhlükәsizlik yüksək sәviyyәdədir. Oyunlar zamanı oyunlar akademiyasından istifadә etmişik. 300-dәn çox şәxs orda tәlim keçərək mütәxәssis adını alıb”.

***

Azərbaycanlı nazir ermənilərin də bu tədbirdə iştirakı ilə bağlı sualı cavablandırıb:

“Ermәnistan idmançılarının Azərbaycana gәlmәsi ilk dәfә deyil. Onlar bizim әrazilәrimizi işğal ediblәr. Diplomatik әlaqәlәr kәsilsә dә, Bakıda 2008-ci ildә Gülәş üzrә dünya çempionatında ermәnilәr iştirak edib. Onlar 41 nәfәrlik heyәtlə qatılmışdılar. Gәnclәr arasında keçirilәn boks üzrә dünya çempionatında da onlar  Bakıya gәliblər. Əvvəlki tədbirlərdə ermәnilərin bura gəlməsi üçün öncə nümayəndə heyəti göndərirdilər. İndi buna ehtiyac yoxdur. Biz onlara mәktub ünvanlamaqla tәhlükәsizliklәrinә tәminat vermişik və həmin məktub ermənilərin iştirakı üçün yetərlidir. 2016-cı ilin iyul ayında Bakıda Formula -1 yarışları, şahmat olimpiadası keçirilәcәk. Formula 1-dә onlar iştirak etmәyәcәk. Amma şahmat olimpiadasına qatılacaqlar”.

***

Azad Rəhimov “Avropa Oyunlarından sonra Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsini planlaşdırırsızmı” sualını da cavablandırıb: “Biz düşünürük ki,  Avropa Oyunlarından sonra qalacaq irs vacibdir. Monokoda bir toplantıda Avropa Olimpiya Komitәsinin sәdri Tomas Bax olimpiada üçün obyektlәri olan ökәlәri nәzәrdәn keçirmişdi. Biz 3-4 әsas obyekt tikmişik. Digәr idman obyektlәrini tәmir edib istifadә etmişik. Bütün idman yarışları üçün yararlı yerlәrdәn istifadә etmişik. Su idman növlәri üçün saray tikilib. Üç yeni arenanın tikilişi bağlı qәrarı çoxdan qәbul etmişik. Qoyacağımız irs insanlar üçün vacibdir. Avropa oyunlarının әmәliyyat komitәsindә 1400 adam çalışır. Onların 75 faizi azәrbaycanlı istedadlı gәnclәrdir. Bu ölkәmiz üçün böyük irs olacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın