Ana səhifə / ŞÜBHƏLİ MALİYYƏ ƏMƏLİYYATLARI APARAN MƏMUR ŞİRKƏTLƏRİ – CƏDVƏL

ŞÜBHƏLİ MALİYYƏ ƏMƏLİYYATLARI APARAN MƏMUR ŞİRKƏTLƏRİ – CƏDVƏL

Vergilər Nazirliyinin mətbu orqanı olan “Vergilər” qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğv edilməsi haqda elanlar dərc olunub. Dövlət satınalmalarında fəal iştirak etmiş həmin şirkətlərin sanki bir mərkəzdən idarə olunurmuş kimi bir barmağın işarəsilə ləğvinə qərar verilməsi çoxlu suallar doğurur.
Turan İA-nın öncəki araşdırmaları ilə müəyyən olunub ki, (http://www.contact.az/docs/2014/ Economics& Finance/042100076189az.htm#.VRGdhOCsWTY), Azərbaycanda bu tipli şirkətlər böyük neft pulları dövlət büdcəsinə axmağa başladıqdan sonra “yağışdan sonra göbələk kimi” yaranmağa başlayıb. Həmin şirkətlər əsasən xüsusi ixtisas tələb etməyən mal, iş və xidmətlərin təchizatı üçün istifadə olunur. Sifarişçi qismində isə demək olar ki, bütün dövlət qurumları, təhsil şöbələrindən tutmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunadək əksər büdcə təşkilatları çıxış edir. Təəccüblüdür ki, eyni bir şirkət həm təsərrüfat mallarının və avadanlığın təchizatçısı, həm də avtomobil yolunun təmirçisi kimi xidmətlər göstərir. Və heç kəs təminat verə bilməz ki, bu satınalma müqavilələri büdcə vəsaitlərinin ciblərə axıdılması üçün gözdən pərdə asmaq funksiyası daşımır.
Dövlət büdcəsinin istifadəsinə nəzarət edən Hesablama Palatası və Maliyyə Nazirliyti, eləcə də dövlət satınalmalarının həyata keçirilməsinə nəzarət edən Satınalmalar üzrə Dövlət Agentliyi indiyədək bir dəfə də olsun bu “təsadüfləri” sezə bilməyib. Söhbət on, bəlkə də yüz milyonlarla manat dövlət vəsaitlərinin yuxarı səviyyələrdə himayə olunan mütəşəkkil dəstələr tərəfindən talan edilməsindən gedir.
Bu ilin fevralında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratmaqla 2011-2013-cü illər ərzində 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaya dair məlumat yaymışdı (http://taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=995&lang=). Həmin məlumatda İlkin Cahangir oğlu Abbasovun qısa müddətdə 106 şirkət təsis etdiyi bildirilir. Nazirliyin cinayətin izinə neçə düşdüyü açqılanmır, amma deyilir ki, cinayətkar dəstənin üzvlərinə qarşı ümumi məbləği 6,6 milyon manat təşkil edən mülki iddia ittiham aktı ilə təsdiq olunması üçün Respublika Baş Prokurorluğuna göndərilib. Nazirliyin məlumatında müqavilə öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi barədə də bir kəlmə deyilmir.
Qeyd edək ki, bir qayda olaraq bu şirkətlər regionlarda, kiçik kəndlərdə yaradılır. Hansısa bir şəxs hüquqi ünvanları müxtəlif olan yüzlərlə şirkətə direktor təyin olunur. Kommersiya hüquqi şəxslərin dövlət reyesrtinin təqdim etdiyi kasad məlumatların təhlili göstərir ki, bu ünvanlar bir-biri ilə hörümçək toru kimi bağlıdırlar. Belə ki, bir ünvanda ayrı-ayrı şəxslərin direktoru olduqları müxtəlif şirkətlər qeydə alınır. Həmin şirkətlər bağlandıqdan sonra bu ünvanlar daha neçə-neçə şirkətlər üçün qeydiyyat yeri olur.
Məsələn, Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 64, mənzil 5/6 ünvanında indiyədək müxtəlif şəxslərin (Teymur Əliyev, Elxan Ağayev, Rəşadət Məmmədov, Ağarəhim Məmmədov) direktor olduqları bir neçə yüz şirkət qeydə alınıb və hələ də qedə alınmaqdadır.
Ləğv edilməsi haqda qərar verilən 200 şirkətə adı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən kriminal işlərdə hallandırılan (http://news.lent.az/news/54736) 30 yaşlı Ağarəhim Qəribşah oğlu Məmmədov rəhbərlik edib. 2013-cü ilin avqust ayının 30-dan 2014-cü ilin aprel ayının 12-dək təsisçisi bizə məlum olmayan şəxs və ya şəxslər tərəfindən yaradılan bu şirkətlərin bir çoxu güman ki, tender və kotirovka sorğularında 3 iddiaçıdan ibarət süni yetərsay yaradılması üçün marionet rolunda çıxış ediblər. Lakin aralarında “qalıblər” də az olmayıb: Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatlarına əsasən, bu şirkətlər 2013-2014-cü illərdə ölkənin bir çox şəhər və rayonlarında 124 satınalma müqaviləsilə 2 milyon manatdan yuxarı məbləğdə müxtəlif işlər görmüşlər. Maraqlıdır ki, həmin şirkətlərib bir çoxu təsis olunarkən direktorları başqa şəxslər (Rabil Sabir oğlu Əməşov və Elçin Murad oğlu Quliyev) idi. Sonradan hansısa səbəbdən vəzifələrinin Ağarəhim Məmmədova təhvil veriblər.
Ləğv edilən şirkətlər arasında Əlirza Kərimovun təsisçisi olduğu kommersiya qurumları da var. Bu şəxsin kimliyi barədə dəqiq məlumat yoxdur. Əvəzində onu bilirik ki, vaxtilə “Caspian Fish Co-Azərbaijan” MMC-yə rəhbərlik edən, inidi isə Salyan rayonunun icra başçısı olan Tahir Kərimovun qardaşıdır. Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox – 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir. Bu qədər tenderdə iştirak etmək və qalib gəlmək, satınalma müqavilələrini icra etmək, dövlət orqanları qarşısında mütəmadi hesabatlar vermək üçün nə qədər böyük inzibati potensiala sahib olmaq lazım gəldiyini demək qrtıq olardı. Biz hələ ilkin maliyyə imkanları və texniki və kadr potensialını demirik.
İşgüzar aləmdə tanınmayan Miskin İbrahim oğlu Hümbətov ləğv edilən daha 108 şirkətin direktorudur. Bu şirkətlərin 99%-i kommersiya qurumlarının təsisçiləri barədə məlumatların konfidensial elan edildiyi 2012-ci ildən sonra yaradılıb və buna görə də onun kimin kimin maraqlarına xidmət etdiyi məlum deyil.
Təkcə bir şirkətin (“Olimp –SV” MMC) təsisçisinin Vüqar Qəzənfər oğlu Qəhrəmanov olduğu rəsmi sənədlər təsdiq olunur. Biznes bilikləri haqda məlumatımız olmasa da, rəhbərlik etdiyi şirkətlərin təxminən 2 milyon manatlıq 91 tenderdə qalib gəlməsi çox məqamlardan xəbər verir.
Qeyd edək ki, tenderlərin yekunları barədə açıqlanan məlumatların təhlili göstərir ki, bir qayda olaraq dövlət satınalmalarında adı heç nə ifadə etməyən şirkətlər qalib elan edilir. Bu şirkətlərin bir çoxu növbəti illərdə iz buraxmadan itir, onların yerini isə yeniləri tutur.
Azərbaycanda tenderlərin formal xarakter daşıdığı barədə yerli KİV-lər illərdir yazırlar. O da iddia edilir ki, tender məbləğinin əhəmiyyətli hissəsi korrupsiyanın yeminə çevrilir.  “Saxta şirkətlər” məhz bu münbit mühitdə əl-qol açırlar.
Oliqarxların nəzarətində olduğu şübhə doğurmayan və buna görə büdcədən 100 milyonları talayan şirkətlərin bir hissəsinin adlarıı “Turan”a istinadən təqdim etdiyimiz aşağıdkı cədvəllərdə verilib. (azpolitika.info)

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın