Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Stadiona bayrağımızla gedək”

“Stadiona bayrağımızla gedək”

Tanınmış jurnalist Sənan Şəfizadə feysbuk hesabında Bakıda baş tutacaq Avropa Liqası finalı üçün maraqlı təkliflə çıxış edib. “Qafqazinfo”nun məlumatına görə, o, azarkeşləri Bakı Olimpiya Stadionuna bayraqla gəlməyə çağırıb. 

Şəfizadə bunu 28 May Respublika Günü ilə əlaqləndirib. Jurnalist bildirib ki,  bayrağımızın tribunalarda dalğalanması 50-dən çox kanalda canlı yayımda olacaq. Bu da Respublika Günümüzü tanıtmaq üçün böyük addım ola bilər:

“UEFA Avropa Liqasının final matçını təxminən 1 milyard insanın izləyəcəyi gözlənilir. Ona görə “Arsenal”-“Çelsi” oyunu ölkəmizin təbliğatı baxımından çox önəmlidir. Mayın 28-i Vətənimizdə Respublika Günü qeyd olunur, 29-u isə bütün dünyanın diqqətində olacaq futbol matçına tamaşa edəcəyik. Təklif edirəm finala Azərbaycan bayrağıyla gedək, bayrağımızı özümüzlə aparaq. Təsəvvür edin: 50-dən çox ölkədə canlı yayım zamanı hər tribunada bayrağımız dalğalanır. Başqa şəhərlərdə keçirilən oyunlarda Azərbaycan bayrağını görəndə fəxr edirik, gəlin indi dünyaya bayrağımızı göstərək. Dünya finalın Azərbaycanda keçirildiyini yenidən xatırlasın. Finala bayrağımızla yollanaq!”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …