Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Space”də yoxlamalar başladı – Vaqif Mustafayevin dövrü araşdırılır

“Space”də yoxlamalar başladı – Vaqif Mustafayevin dövrü araşdırılır

“Space” televiziyasında maliyyə yoxlamaları aparılır.

Unikal.org-un əldə etdiyi məlumata görə, kanalın sabiq rəhbəri Vaqif Mustafayevin işlədiyi dövr araşdırılır.

Belə ki, televiziyanın Mühasibatlıq şöbəsində audit yoxlaması başlayıb. V.Mustafayevin dövründə aparılan maliyyə əməliyyatları, reklamlardan gələn gəlirlərin miqdarı və istifadəsi yoxlanılır.

Qeyd edək ki, bu ilin fevral ayında kinorejissor Vaqif Mustafayev “Space” telekanalının qurucusu Sevil Əliyeva tərəfindən vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …