Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou-biznes əhli “28 May”dan xəbərsizdir… – RƏZALƏT

Şou-biznes əhli “28 May”dan xəbərsizdir… – RƏZALƏT

Azərbaycanda və dünyanın hər yerində yaşayan soydaşlarımız 28 May –Respublika Gününü qeyd edir.  Azərbaycanın tarixinin şərəfli səhifəsi hesab edilən Cümhuriyyət dövrümüzün ömrü qısa olsa da dünyaya demokratiyanın nə olduğunu göstərə bilmişik.

Ölkənin rəsmi mediasında və təbliğatında 28 May -Respublika Günü və Məhəmməd Əmin Rəsulzadə ilə bağlı qısqanc yanaşmanın olması bu şərəfli tariximizin olduğu kimi tanıdılmasına imkan vermir.

Bəs görəsən, Azərbaycanın şou-biznes nümayəndələri 28 May barəsində nə bilir?

gulay

Gülay Zeynalova sualı eşidər-eşitməz telefonun dəstəyini asıb.

Ancaq ondan fərqli olaraq, müğənni  Vasif Məhərrəmli 28 May barəsində kifayyət qədər bilgili olduğunu dedi. ”Mən tarixi çox gözəl bilirəm.1918-ci ildə bu gün Məhəmməd Əmin Rəsulzadənin qurucularından biri olduğu Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Ömrü az olsa da yenidən mütəqilliyimizi 1991-ci ildə əldə etdik. Sizin üçün həmin dövrün bütün xırdalıqlarını deyə bilərəm ”.

teleqraf.com1434542173vasif_meherremli_0874

Müğənni Bahar Lətifqızının telefonuna cavab verən köməkçisi sualımızı ona çatdırdıqdan sonra cavabı belə olub: 

“O hər  şeyi yaxşı bilir. Siz nə bilirsinizsə  o da onu bilir”.

Toylar kralı Manaf Ağayevin də sualımıza cavabından onun “Respublika Günü”ndən xəbərsiz olduğunu anladıq. Əvvəlcə salamımızı alıb, hal-əhval edən müğənni sualımızı eşidən kimi  “Mən indi danışa bilmirəm”  deyərək, sağollaşdı.

Müğənni Elariz Məmmədoğlu isə detallı danışmasa da 28 May münasibəti ilə xalqımımızı təbrik etdi: 

elariz-memmedoglu

“Bu münasibətlə xalqımızı təbrik edirəm. Ali məktəb bitirmişik əlbəttə bilirik. Tariximizdən xəbərdarıq.”

Rəqqasə Oksana Rəsulovanın cavabı isə daha üzücü oldu:

oksana resulova

“Mən haradan bilim, anlamadım bura vəkillik idarəsidir? Mən bu günlə bağlı nə deyim? Zəng vurarsınız sabah danışarıq”.

Müğənnilərimizə xatırladırıq ki, bu gün Sizin də yaşadığınız dövlət Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.  Xalqımız 1918–1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaratdı.

Məhəmməd Əmməd Əmin Rəsulzadənin də qurucusu olduğu Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokrikləşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat ugurları qazanmışdır.

(Gununsesi.info)

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın