Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Sosial şəbəkədə “ermənilərə güzəştə gedək” təbliğatı

Sosial şəbəkədə “ermənilərə güzəştə gedək” təbliğatı

Akif Nağı: “Bunların hamısının arxasında erməni lobbisi dayanır və maliyyələşdirir”

Son zamanlar sosial şəbəkələrdə özünü kosmopolit, qərbyönlü adlandıran insanların “Dağlıq Qarabağı ermənilərə verməyə razılaşaq, ətraf rayonları geri alaq, ermənilərlə barışaq” xarakterli kampaniya başlatdığı müşahidə olunur.

Kampaniyanın get-gedə böyüməsi artıq etirazlara səbəb olmaqdadır.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, başlanan bu kampaniya təsadüfi deyil və arxasında böyük qüvvələr dayanır: “Ermənilər çoxdandı bu istiqamətdə iş aparır. İndi ilk nəticələri özünü göstərir. Bildiyimə görə, REAL deyilən təşkilatın təşəbbüsü ilə bir qrup QHT rəhbəri Avropa qurumlarına müraciət göndəriblər ki, biz müharibə istəmirik, Dağlıq Qarabağ da bizim üçün vacib deyil, əsas olan Avropa dəyərləri, Qərbə inteqrasiyadır. Bu məsələdə onlara yardım eləmələrini xahiş ediblər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündəki ”xalqları sülhə hazırlamaq” tapşırığı da eyni məqsədə xidmət edir. Bu günə qədər “xalq diplomatiyası” oyunları da həmin mərkəzlərdən idarə olunur.

Akif Nağı ile ilgili görsel sonucu

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq buna imkan verməmişik, bundan sonra da verməyəcəyik. Bu hadisə mənə Nəriman Nərimanovun 1920-ci ildə verdiyi “Biz hamımız bolşevikik, kommunistik, sərhədin fərqi yoxdur, Zəngəzuru, Naxçıvanı ermənilərə veririk” bəyanatını xatırladır. İndi bizim bəzi başabəla “demokratlar” eyni tezisi səsləndirməyə cəhd edirlər ki, hamımız demokratıq, Dağlıq Qarabağın kimin nəzarətində olmasının fərqi yoxdur. Hətta mənə dedilər ki, İlqar Məmmədov hansısa toplantıda deyib ki, bir neçə kilometr torpağa görə Qərbin dəyərlərindən və dəstəyindən imtina edə bilmərik. Bu təhlükəli meyllər var. Ona görə də qarşısını vaxtında almalıyıq. Xalqımız ayıq-sayıq olmalıdır. Bunların hamısının arxasında erməni lobbisi dayanır və maliyyələşdirir. Bu kampaniyaya son qoymaq üçün bütün imkanlardan istifadə olunmalıdır”.

Ä°lgili resim

Politoloq Natiq Miri  bildirdi ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda görüşü və bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdiyi açıqlamanı diqqətə almaq lazımdır. Məhz həmin açıqlamadan sonra məlum kampaniya başlayıb: “Açıqlamalarda Azərbaycan və Ermənistanın öz xalqlarını sülhə hazırlamaq məsələsi qoyulur. Əgər öz xalqlarını sülhə hazırlamaq fikri təlqin olunursa, deməli, qarşılıqlı güzəştlərdən söhbət gedir. Çox maraqlıdır ki, məhz bu açıqlamadan sonra Azərbaycanda sosial şəbəkələrdə, media orqanlarında ermənilərlə barışmağın, güzəştə getməyin vacibliyi təbliğatı başlanıb. Bu, sosial şəbəkə iştirakçılarının özfəaliyyəti deyil. Belə bir kampaniyanın başladılması xüsusi göstərişdir və müəyyən xarici, daxili qüvvələr tərəfindən idarə olunur”.

Politoloq qeyd etdi ki, Azərbaycanın 25 ildir atəşkəsə əməl etməsi, sülh danışıqları aparması ermənilərə güzəştdir:“Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalıdır və qarşılığında Azərbaycan Ermənistanla barışa, diplomatik münasibətlər qura bilər. Azərbaycanın güzəşti bu olmalıdır. Ermənistanın inkişafı Azərbaycanla və Türkiyə ilə sərhədlərin açılmasından, iqtisadi əlaqələrin qurulmasından keçir. Buna Ermənistanın ehtiyacı var. Bizim torpaqlarımız işğal olunub. İşğal aradan qalxmadan hansı sülhdən danışmaq olar?! Axı bu, mümkün deyil. Ona görə də sosial şəbəkələrdə və bir sıra media orqanlarında ”Dağlıq Qarabağı güzəştə getmək, ermənilərlə barışmaq” kimi təbliğat qətiyyən düzgün deyil, dövlət və milli maraqlarımıza zərbədir. Bu təbliğat kampaniyasını kimlərin aparmasından asılı olmayaraq, bilmək lazımdır ki, bu kampaniyanın arxasında məkrli planlar və qüvvələr dayanıb. Avropanın, Qərbin qrantlarından qidalanan insanlar, qruplar, şəbəkə var ki, onlar bu kampaniyanı aparmaqla müəyyən missiyanı yerinə yetirirlər. O adamlara və şəbəkəyə qrantlar elə-belə verilmir. Qrantları alanlar torpaqların güc yolu ilə azad olunması əleyhinə təbliğat, güzəştlər qarşılığında sülh təbliğatını aparmaq öhdəliyini götürmüş olurlar. Bu xətt onların qarşısında qoyulub. Həmin şəbəkədə olanlar onların qarşısında qoyulan şərtlərə uyğun davranırlar. Bu şərtlərdən biri də odur ki, nə bahasına olur-olsun Ermənistanla müharibə olmasın təbliğatını cəmiyyətə yeritməkdir. Ancaq onlar bilməlidirlər ki, onların təbliğatı Azərbaycan xalqını öz torpaqlarının hansısa hissəsini güzəştə getməyə hazırlaya bilməz. Heç bir təbliğatın buna nail olması mümkün deyil”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …