Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / SOS: “Təmiz Dünya”nın sığınacağı bağlana bilər

SOS: “Təmiz Dünya”nın sığınacağı bağlana bilər

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evi bağlanmaq təhlükəsi ilə üzləşib.

Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, sığınacaq evini saxlamaq maliyyə problemi ucbatından artıq qeyri-mümkün işə çevrilir: “Kritik durumdayıq. Sığınacaq evi heç yerdən maliyyələşmir. Əməkdaşlarımıza 4 aydır ki, məvacib ödəyə bilmirik. Sığınacaq evində məskunlaşan qadınlara gündəlik yemək verməklə yanaşı həm də psixoloji reabilitasiya proqramları həyata keçirirdik. Onlara pulsuz hüquqi yardım göstərilirdi. Yəni sığınacaqda qalan qadınlara pulsuz yardımlar edilirdi”.

M.Zeynalova onu da qeyd etdi ki, indiyədək ailə zorakılığı ilə üzləşən, problemli ailələrdən olan minlərlə qadına yardım edilib. Bu il ərzində 7 qadın sığınacaqda məskunlaşıb. Onların arasında xarici ölkə vətəndaşları da olub: “Qadınların bəziləri uşaqları ilə birgə qalıblar. İndi isə ehtiyacı olan qadınlara baxmaqda çətinlik çəkirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazriliyi təcrübəsi, bazası olan sığınacaq evlərinin saxlanılmasını nəzərə almalı, müsabiqələr elan etməlidir. Üstəlik, layihələr maliyyələşərkən qadınların reabilitasiyası nəzərə alınmalıdır”.

M.Zeynalova təşkilata gün ərzində yeni müraciətlərin daxil olduğunu, lakin qadınlara yardım göstərməkdə çətinlik çəkdiklərini də əlavə etdi.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın