Ana səhifə / Aktual / “Soruşun görün görək, məmur balalarının hansı əsgərlikdə olub və hansı quşu vurub?” – Açıqlama

“Soruşun görün görək, məmur balalarının hansı əsgərlikdə olub və hansı quşu vurub?” – Açıqlama

“Mən Azərbaycanda hansı nazir oğlunun əsgər getməsini hələ eşitməmişəm. Ola bilsin adlarını harasa yazdırsınlar. Bu məmurlar ölməlidir, onlar ölkə başçısından nümunə götürməlidir. Prezidentin bir oğlu var, onu da hərbi xidmətə göndərdi, amma məmurlar övladlarını saxta sənədlərlə orduda xidmətdən yayındırırlar”.
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkə başçısının oğlu Heydər Əliyevin hərbi xidmətə getməsinə münasibət bildirərkən deyib:
“Mən Azərbaycanda hansısa nazir oğlunun əsgər getməsini hələ eşitməmişəm. Ola bilsin adlarını harasa yazdırsınlar. Bu məmurlar ölməlidir, onlar ölkə başçısından nümunə götürməlidir. Prezidentin bir oğlu var onu da hərbi xidmətə göndərdi, amma məmurlar övladlarını saxta sənədlərlə orduda xidmətdən yayındırırlar. Görün ölkə baçısı nə qədər sadəlik nümayiş etdirdi, nə qədər millətini sevdiyini ortaya qoydu. Müxalifətdə olan ermənilərdən və ətrafında olan ermənilərdən fərqli olaraq dövlət başçısı öz oğlunu əsgər göndərir və Paşinyana cavab verir. İndi soruşun görün görək Azərbaycan dövlətinin sərvətlərini, milyonlarını yığanların balalarının hansı əsgərlikdə olub və hansı quşu vurub?! Onların adları burdadı, özləri isə Dubayda, Avropada, Türkiyədədir. Bizim hörmətli komissara zəng vurub soruşsaq, elə rəqəmlər deyəcək ki, məəttəl qalacaqsan. Hələ görməmişəm ki, hansısa məmurun övladı şəhid olsun və biz də onun yas mərasiminə gedək. Bunlar şərəfsiz, namussuzdurlar. Ancaq prezidentə xəyanət edərək, yalandan ölkə başçısının ünvanına şayiələr yaymaqla məşğuldurlar. Bu məmurların heç biri ölkə başçısından nümunə götürmədilər. Ölkə başçısı doğum günün məcburi köçkünlərlə, bunlar isə doğum günlərini öz kabinetlərində keçirirlər. Bunların övladları Azərbaycan xalqına aid deyil. Məmurların əksəriyyətinin ya arvadı, ya da anası ermənidir. Anası, arvadı erməni olan adamın balası nə olacaq? Bu yaşıma qədər hələ eşitməmişəm ki, bir nazirin, bir məmurun, bir icra başçısının oğlu hərbi xidmətə getsin. Paşinyanla, hakimiyyətdə olan ermənilərin nə fərqi var? İyirmi altı ildir Qarabağı verib oturublar. Paşinyanın dedikləri bizə ölüm olmalıdır. Ermənilərlə qohumluğu olan məmur övladlarının heç birisi öz dayılarına güllə atan deyillər.
Bu gün soruşun görün işdən çıxarılan nazirlərin hansının övladı burdadır? Belə bir acınacaqlı vəziyyətdə hamımız ölkə prezidentindən nümunə götürməliyik. Ölkə başçısı tək oğlunu əsgərliyə göndərir, digərlərinin övladları xaricdə eyş-işrət içində yaşayırlar. Baş nazirin müavinin nəvəsi adam öldürdü. Soruşun görün əsgərlikdə olub? Sabiq Vergilər naziri Fazil Məmmədov xaricdədir. Ziya Məmmədov 250 minə avtomobil aldı. Bundan soruşan yoxdu ki, sənin aylıq əmək haqqın 2500 manat idi, bunu hansı pulla almısan?! Əksinə, gedib xaricdə ölkə başçısının əleyhinə təbliğat aparırlar. Buna da cavab verən mənəm. Məndən başqa dövlət başçısını qoruyan ikinci bir adam varsa, deyin gedim onunla dost olum”.

Həmçinin oxuyun

Füzuli Ələkbərov məhkəməyə müraciət etdi

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin …