Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / SÖKÜLƏN VİLLALARIN SAHİBLƏRİ TAPILDI – VİDEO

SÖKÜLƏN VİLLALARIN SAHİBLƏRİ TAPILDI – VİDEO

Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, “Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların prezidentin göstərişindən sonra söküntüsü artıq dayanıb.ANS TV-nin məlumatına görə, “Dostluq” parkı adlanan ərazidə gördüyünüz kimi hasarlar sökülüb, onlarla villa yerlə-yeksan edilib. Lakin bəzi villlara qalır, ərazidə yarımçıq tikililər də ki, onların tiknitisi də dayandırılıb.
Səbayil rayonunda “Dostluq” parkının ərazisində qanunsuz tikilən 42 villa sökülür. Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mətbuata açıqlayıb ki, bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz, bunlar 5-10 milyonluq böyük tikililərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən cəzalandırılacaq. Bəs bu villaların sahibləri kimlərdir? Öyrəndik ki, sökülən villalardan 4-5-i Cəmilə adında xanıma məxsus olub.
Söküntü zamanı o ərazidə olub, deyilənə görə xanım ev al-satqısı, maklerliklə məşğuldu. Dəbdəbəli evlərdən biri polis generalına məxsusdur. Amma onun evinə toxunulmayıb, villanın ətrafında hasar sökülüb.

Generalın kimliyini müəyyən edə bilməsək də, onun dövlət nişanlı avtomobili villasının qarşısında idi.
Bir neçə mərtəbəli digər tikili isə şifer və digər dam örtükləri istehsalı ilə məşğul olan zavod sahibinə məxsusdur. Lakin bu faktların sənədlərdə də öz təsdiqinin tapıb-tapmadığını müəyyən etmək çətindi.
“Dostluq” parkında hazırda söküntü dayandırılıb.
Ərazidə müşahidələrimiz zamanı o da məlum oldu ki, ərazi yaşılılıq zonası imiş. Məlum olur ki, villalar tikilən zaman yaşıllıqlar məhv edilib.
Dəbdəbəli villaların, hasarlanan hektarlarla ərazinin qanuni və ya qanunsuz olması araşdırılır. Səbayil rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov söylədi ki, ərazidə yalnız qanunsuz tikililər sökülür, bu villalar köhnə tarixlə, 10-15 il əvvəl inşa edilib.
Yer gəlmişkən, Milli Məclisin Aqrar Siyasət Komitəsinin bu gün keçirilən iclasında torpaqların qanunsuz istifadəsi və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər müzakirə edilib. Bu hallara görə cəzaların sərtləşdirilməsi təklif edilib.
Aqrar siyasət komitəsi sədri Eldar İbrahimov təklif edib ki, indiyədək qanunsuz torpaq zəbt olunmasına görə 3 ilədək həbs nəzərdə tutulurdusa, bundan sonra cəza 5 ildən 8 ilədək artırıla bilər.

 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın