Çərşənbə , Aprel 24 2024
Ana səhifə / ŞOK: yeni evlənən Namiq Qaraçuxurlu övladlarından imtina etdi

ŞOK: yeni evlənən Namiq Qaraçuxurlu övladlarından imtina etdi

Oktyabrın 12-də özünə dəbdəbəli toy çaldıran meyxanaçı Namiq Qaraçuxurlu haqqında maraqlı faktlar məlum olub. Azinforum.az -ın moderator.az-a istinadən verdiyi məlumata görə, meyxanaçının birinci nikahdan olan övladlarına aliment tələbi ilə məhkəməyə üz tutan keçmiş həyat yoldaşı Solmaz Şükürovanın iddiasını məhkəmə tutarlı səbəb göstərmədən təmin etməyib.

Tanınmış vəkil Bəhruz Bayramovun sözlərinə görə 2012-ci ildə Suraxanı rayon Məhkəməsində baş tutan çəkişmədə iddiaçı Solmaz Şükürovanın vəkili olub. Namiqlə hələ 7 il ondan əvvəl – 2005-ci ilin dekabrında boşanan Solmaz xanım qanunları dəqiq bilmədiyinə görə ilkin məhkəmədə boşanma zamanı aliment tələbindən imtina edib. Maraqlıdır ki, məhkəmə də bu tələbi təmin edib. Baxmayaraq ki, məhkəmə belə bir tələbi təmin etməməli idi. Amma övladlarının saxlanılmasından maddi sıxıntı çəkən Solmaz xanım 7 il sonra aliment üçün məhkəməyə müraciət etsə də Suraxanı Rayon məhkəməsinin hakimi iddia tələbini təmin etməyib.

B. Bayramovun sözlərinə görə Namiq Qaraçuxurlu özü prosesdə iştirak etmədiyindən onu nümayəndəsi təmsil edib və o müvəkkilinin iki övladına aliment vermək iqtidarında olmadığını bildirib, hakim də meyxanaçının istədiyi qətnaməni qəbul edib. Meyxanaçının prosesdə iştirak edən Ülvi və Ümid adlı oğlanlarının da sözlərindən belə çıxıb ki, ataları onlardan demək olar ki, imtina etdiyindən ancaq televiziya vasitəsilə görə bilirlər və üzərlərində atalarının heç bir qayğısı yoxdur.

Bəhruz Bayramovun sözlərinə görə, Suraxanı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyiblər. İddiaçı Solmaz Şükürovanın istəyinə görə belə bir addım atılıb. Amma iddiaçı imtinanın səbəbi barədə vəkilə məlumat verməyib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın