Ana səhifə / Aktual / ŞOK: Məhkəmə Zakir Qaralova cinayət işi açılması üçün vəsatəti qəbul etdi – SABİQ BAŞ PROKURORUN HƏBSİ TƏLƏB OLUNUR

ŞOK: Məhkəmə Zakir Qaralova cinayət işi açılması üçün vəsatəti qəbul etdi – SABİQ BAŞ PROKURORUN HƏBSİ TƏLƏB OLUNUR

Prokrorluq orqanlarının keçmiş əməkdaşı Tofiq Ağacanov sabiq baş prokuror Zakir Qaralovun həbsini tələb edir.

Gununsesi.org-un xəbərinə görə, Tofiq Ağacanov bununla bağlı Bakı İnzibati Məhkəməsində sabiq baş prokura qarşı iddiası üzrə məhkəmə prosesində vəsatət verib.

Məhkəmə isə bu vəsatəti qəbul edib.

Məlumatı Gununsesi.org-a təsdiqləyən Tofiq Ağacanov bildirib ki, Zakir Qaralovun barəsində cinayət işi başlanmasından ötrü xüsusi qərardad qəbul edilməsinə dair tərəfindən vəsatət verilib: “Hakim vəsatəti qəbul etdi və bildirdi ki, fikirini 16 iyun 2020-ci il tarixdə bildirəcək. Mən Prezidentə də, bu barədə açıq müraciət gödərmişəm”.



Keçmiş prokuorluq işçisi deyib ki, Zakir Qaralovun həbs olunması üçün ciddi əsaslar var: “Onlarla fakt var. Bu faktlardan birinin araşdırılması kifayyət edir ki, Zakir Qaralov barəsində cinayət işi başlansın. Mənim və bir neçə nəfərin rəsmi şikayəti var. Sərəncamda olduğumuz halda əmək haqlarımız verilməyib. Söhbət yüzlərlə belə prokuorluq işçisinin maaşlarından gedir. Ortada mənimsəmə cinayəti var. Mənim Baş Prokurorluğa qarşı “sərancamda olduğum müddətdə əmək haqqınmın ödənilməsi və qanunla nəzərdə tutulan kompensasiyaların ödənilməsi haqqında” iddia tələbimə dair inzibati iş üzrə Baş Prokurorluğun mənim adıma tərtib etdiyi əmək haqqı cədvəlində qeyd etdiyi, sərancamda olduğum 01.06.2000-ci ildən 14.02.2001-ci illədək müddətdə, mənə güya 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000.000 manat və dekabr aylarında 450000.000 manat, cəmi 90.000.000 manat məbləğində vrilməsi göstərilsə də, lakın həmin pulların mənə ödənilməməsi, onların Baş Prokurorluqda mənimsənilməsi və bununla da, Baş Prokurorluqda vəzifəli şəxslərin hərəkətlərində dövlət əmlakının xeyli miqdarda mənimsənilməsi kimi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əlamətlərin aşkara çıxarıldığı əsaslara görə, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddələrinin tələblərinə uyğun olaraq, CM-nin 179.2.4-cü maddəsi ilə müvafiq cinayət işinin başlanmasından ötrü, xüsusi qərardad qəbul edilməsini xahiş edirəm”.

Həmçinin oxuyun

Emin Əmrullayev köhnə eşalonun kadrıdır? – İDDİA

Emin Əmrullayevin Təhsil Naziri təyin olunmasını içtimaiyyət heç də müsbət qarşılamadı.37 yaşlı gənc kadr işə …