Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “ŞÖHRƏT”Ə GÖRƏ OQTAY ŞİRƏLİYEVİ TƏBRİK EDƏN ŞƏHİD BACISI “SAĞLAM AİLƏ” KLİNİKASINI MƏHKƏMƏYƏ VERİR – TƏFƏRRÜAT

“ŞÖHRƏT”Ə GÖRƏ OQTAY ŞİRƏLİYEVİ TƏBRİK EDƏN ŞƏHİD BACISI “SAĞLAM AİLƏ” KLİNİKASINI MƏHKƏMƏYƏ VERİR – TƏFƏRRÜAT

Bir müddət əvvəl, Azinforum.az şəhid ailəsi olan Sumqayıt şəhər sakini Leyla Əskərovanın saytımız vasitəsilə nazir Oqtay Şirəliyevə ünvanladığı müraciəti yayımlamışdı.
Leyla Əskərovanın nazirə ünvanladığı şikayətin məzmunu Sumqayıt yerləşən
” Sağlam Ailə” klinikasında ona yalan diaqnozun qoyulması ilə bağlıydı. Leyla Əskərovanın şikayətində deyilirdi:
“Mən Əsgərova Leyla Sumqayıt sakiniyəm, bir övladım var. Təkrar ana olmaq arzusundayam. Hamiləlikdən öncə, sağlam hamiləlik arzusu ilə bədənimdə virusların olub -olmadığını yoxlatdırmaq üçün Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanın yanında yerləşən ” Sağlam Ailə” Klinikasına müsraciət etdim. 17.04.2015-ci il tarixdə 196 manat ödəyərək sağlam hamiləlik üçün lazım olan bütün analizləri verdim və bir gün sonra, cavabı almaq üçün klinikanın qəbul şöbəsinə yaxınlaşdım. Qəbul şöbəsindən 11-ci kabinetə keçib klinikanın baş laboratoriya həkimi Cəlalə İlyasovaya yaxınlaşmağımın lazım olduğunu bildirdilər. Həmin kabinetə yaxınlaşdım, Cəlalə xanım məni orda gözləyirdi. Mən onun şübhəli nəzərlərini və hərəkətlərini görüb,” analizlərimdə nəsə pis şey çıxıb?”- deyə soruşdum.O, çox əmin şəkildə kompüterə baxıb “xanım sizin qanınızda “Spid” aşkarlanıb”-dedi. Eşitdiklərimdən şoka düşdüm.Həmin an bütün dünya başıma fırlandı. Həkim bu cür xəstələrin qeydiyyata götürülməsi anket blankını doldurmaq üçün mənə təqdim etdi.O an nələr keçirdiyimi mən və Allahımdan başqa heç kim bilmədi.Vəziyyət o yerə çatdı ki, mən nəinki təqdim olunan blankı doldurmaq, hətta öz əlaqə nömrəmi və yaşadığım ünvanı belə xatırlamadım.
Bunu görən Cəlalə xanım mənim evə getməyimi və səhəri gün klinikaya müraciət edib həmin anket blankı doldurmağı məsləhət gördü . Yalnız blankı doldurduqdan sonra analizimin nəticələrini götürə bələcəyimi dedi.Təsəvvür edin, həmin vəziyyətdə evimə necə qayıtdığımı xatırlamıram.Əlbəttə, bütün bu olanları ailəmdən gizlədə bilməzdim.Evə çatar – çatmaz bütün bu yaşadıqlarımı ailə üzvlərimlə bölüşdüm. Sinəsində şəhid oğlunun və başqa cavan qardaşımın dağını gəzdirən anama yeni dərd verdim. Həmin gün ailəmdə yeni bir hüzn günü yaşandı.Anam və həyat yoldaşım başımıza gələn növbəti bədbəxt hadisənin şokuna düşdülər. Onlar nə edəcəklərini belə bilmədilər.

s1
Yaşadığım bu hadisəni yaxin bir qohumumla da bölüşdüm. O, mənə məsləhət gördü ki, başqa yerdə təkrar analizlər verim. 20.04.2015-ci il tarixdə iki ayrı klinikada- Sumqayıt şəhərində yerləşən bir özəl tibb mərkəzində və Sumqayıt şəhər QİÇS-lə mübarizə mərkəzində təkrar olaraq analiz verdim. Elə həmin gün də, “Sağlam Ailə” Klinikasına “çox vacib və lazımi anket”i doldurmağa getdik. Klinikaya girəndə qəbul şöbəsində işləyən xanımların məni qeyri-adi baxışlarla qarşılamalarından heyrətləndim. Başa düşdüm ki, anonim olması lazım olan məlumatı bütün klinikaya yayıblar. Həkim Cəlalə xanımın kabinetinə keçdik. Cəlalə xanım mənə danışdıqlarını yoldaşıma da danışdı və üzünü mənə tutaraq bu sözləri dedi: “Sən çox şanslısan ki, sənin bir övladın var və həyat yoldaşın sənə dəstək olur. Belə bir hadisənin şahidi olmuşdum, 5 aylıq yeni ailə həyatı qurmuş qadında da bu virus aşkarlanmışdı. Bunu eşidən həyat yoldaşı 4 aylıq dölü tələf etdirdi və 5 aylıq ailəsini dağıdaraq həyat yoldaşını boşadı”. Bu bir növ mənim yoldaşıma da yol göstərmək idi. Hətta Cəlalə xanım yoldaşıma mənimlə münasibətdə olanda necə və hansı vasitələrlə qorunmağı belə məsləhət gördü.Bu söhbət əsnasında mən elə bu gün iki ayrı klinikada təkrar olaraq analiz verdiyimi bildirdim və qollarımı açıb analiz izini göstərdim. Cəlalə xanım bunu eşidən kimi özünü itirdi və analizlərin haralarda verildiyini bilmədən, cavablar alınmadan onsuz da nəticələrin səhv olacağını iddia etdi. Təkidlə Bakıdakı QİÇS-lə mübarizə mərkəzində hansısa Dilşad xanımla görüşməyimizi məsləhət gördü. Maraqlıdır ki, Sumqayıt şəhərində də həmin mərkəzin filialı yerləşdiyi halda o, israrla bizi Bakıya göndərmək istəyirdi. Dilşad xanımın əlaqə nömrəsini yoldaşıma təqdim etdi.

s2

Evə qayıtdıqdan sonra, Dilşad xanımla əlaqə saxladıq. Gördük ki, o , artıq mənim haqqımda məlumatlıdı.Maraqlıdır ki , Dilşad xanım bizi QİÇS-lə mübarizə mərkəzində deyil, təcili olaraq “Semaşko “ xəstəxanasında onunla görüşməyimizi istədi.Təbii ki, biz digər iki klinikada verdiyimiz analizlərin nəticəsini almadan Dilşad xanımla görüşə getmədik. 21.04.2015-ci il tarixdə verdiyim analizlərin nəticələrini almaq üçün klinikalara getdik. Yuxarıda adını qeyd etdiyim hər iki klinikadan verilən nəticələrdə mənim HİV virusu daşımadığım açıq – aşkar göstərilmişdi.Nəticələrdən tam əmin olduqdan sonra , yenidən “Sağlam Ailə” Klinikasına qayıtdım. Onların etdikləri analizin nəticələrinin səhv olduğunu sübuta yetirib haqqım olanı, yəni yalnış analiz nəticəsinə ödədiyim pulu geri tələb etdim.Cəlalə xanım isə bu mövzuya heç bir aidiyyəti olmayan Dilşad xanımın Bakıdan gəlməsini gözləməyimi istədi. Dilşad xanım gəldikdən sonra, “Sağlam Ailə ” Klinikasında verdiyim analizə baxıb nəticəsinin heç də, Cəlalə xanımın mənə dediyi kimi olmadığını bildirdi. Məndən , Cəlalə xanımı bağışlamağımı istədi.Görəsən, nəticədən əmin olmadan, bu cür ciddi və ağır xəstəliyin diaqnozunu qoyan, mənə və ailəmə maddi və mənəvi ziyan vuran bir insanı bağışlamağa dəyərmi?
Səhv analiz nəticəsi bir insanın həyatını necə dağıtdığını, bu hissin necə bir hiss olduğunu heç kim anlaya bilməz . Bunu yaşayan bilər. Bir yalnışlıq ucbatından yaşadıqlarımı heç kimin yaşamasını arzulamıram. Mən nazir Oqtay Şirliyevə müraciət edirəm. Ondan Cəlalə həkmin cəzalandırmasını və ailəmə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm”.

s3
Leyla xanımın yenidən saytımıza müraciət etməsi səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamın imzalanması ilə üst-üstə düşür. Leyla xanım məhz bu məqama toxunaraq, Oqtay Şirəliyevə yenidən müraciət edir:

“Cənab nazir! Sizi ölkəmizin ən ali təltiflərindən birinə layiq görülməniz münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu mükafata layiq görülmənizin arxasında xalqa və Vətənə xidmət kimi vacib amallar durur. Bir şəhid bacısı kimi, rəhbərlik etdiyiniz səhiyyəmizdə üzləşdiyim və mənə böyük mənəvi və maddi zərər vuran bir hadisə ilə bağlı yenidən Sizə müraciət etmək məcburiyyətində qalmışam. Bir müddət əvvəl, Sizə media vasitəsilə etdiyim müraciət cavabsız qaldı. Mən “Sağalam Ailə” adlanan bir klinika ilə bacara bilmirəm. Bir daha xatırladıram ki, həmin klinikanın Sumqayıt şəhərində olan filialında mənə yalan “Spid” diaqnozu qoyublar. Bundan sonra, məcbur qalıb başqa klinikalarda müayinədən keçmişəm. Nəticədə klinikanın diaqnozu yalan çıxıb. Dəfələrlə media vasitəsilə etdiyim müraciətlərə klinkanın rəhbərliyi tərəfindən heç bir reaksiya verilməyib. Bu böyük yalnışlığa görə, nə mənə dəyən maddi zərər ödənilib, nə də məndən sadə üzürhaqlıq edilib. Mən əvvəlcə bunu istəyirdim. Amma görürəm ki, klinika rəhbərliyinin özünə olan arxayınlığı məni başqa hüquqi vasitələrə əl atmağa vadar edir. Əminəm ki, mənim başıma açılan “oyundan” xəbəriniz yoxdu. Yoxsa bir əncam çəkərdiniz.
Cənab nazir! Sizə etdiyim bu sonuncu müraciətə də cavab verilməsə və mənim problemim öz həllini tapmasa, yaxın günlərdə “Sağlam Ailə” klinikasına qarşı məhkəmə iddiası qaldırmağa məcbur olacam. Biz hüquqi dövlətdə yaşayırıq. Mənim pozulan hüquqlarımı Azərbaycan qanunvericiliyi bərpa etməyə qadirdi. Buna tam əminəm”.
Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

RÖVŞƏN,

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın