Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / SOCAR vulkan püskürən ərazidə qazma işləri aparıb? – Açıqlama

SOCAR vulkan püskürən ərazidə qazma işləri aparıb? – Açıqlama

SOCAR dünən vulkan püskürən ərazidə qazma işlərinin aparılması ilə bağlı iddialara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, SOCAR-ın Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov mətbuat konfransında bildirib ki, SOCAR rəhbərliyi baş verən hadisəni diqqətdə saxlayır:

“Bununla bağlı mütəxəssislərdən ibarət operativ qrup palçıq vulkanının baş verdiyi əraziyə göndərilib. Palçıq vulkanının baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb. Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur. Hadisə baş vermiş sahə müstəqil bir adadır və Daşlı sahəsindən 2,5 kilometr aralıda yerləşir. Orada heç bir kəmər yoxdur”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …