SOCAR dünən vulkan püskürən ərazidə qazma işlərinin aparılması ilə bağlı iddialara münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, SOCAR-ın Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov mətbuat konfransında bildirib ki, SOCAR rəhbərliyi baş verən hadisəni diqqətdə saxlayır:
“Bununla bağlı mütəxəssislərdən ibarət operativ qrup palçıq vulkanının baş verdiyi əraziyə göndərilib. Palçıq vulkanının baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb. Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur. Hadisə baş vermiş sahə müstəqil bir adadır və Daşlı sahəsindən 2,5 kilometr aralıda yerləşir. Orada heç bir kəmər yoxdur”.