Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / SOCAR-ın yeni vitse-prezidenti o oldu

SOCAR-ın yeni vitse-prezidenti o oldu

SOCAR-a yeni vitse-prezident təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam verib. Sərəncama əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Azneft” İstehsalat Birliyi yeni vəzifəsi ilə bağlı D. İskəndərova uğurlar arzulayıb:

“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …