Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / SOCAR-ın Nəqliyyat İdarəsində nə baş verir?

SOCAR-ın Nəqliyyat İdarəsində nə baş verir?

İki gün əvvəl “musavat.com” “İnamla Hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı məktubunu təqdim edib. Qeyd edək ki, hüquq müdafiəçisinin məktunda idarə rəisi haqda ağır ittihamlar yer alır. B.Məmmədov iddia edir ki, E.Zülfüqarov kollektivdə özünü İraqın Şam şəhərindən olduğunu bildirir: “O, İŞİD təşkilatını maliyyələşdirir, 2 qardaşının oğlu – Şahbaba və İbad, bacısı oğlu Xələf hazırda İŞİD terror təşkilatının nəzarətində gedən terror əməliyyatlarında iştirak edirlər. Elçin Zülfüqarovun satınalma şöbəsinin rəisi olan bacısı oğlu Ülvi Bəktaşi hər ayın 10-15 gününü müxtəlif adlar altında Çinə, Dubaya, Türkiyəyə, İtaliyaya və Almaniyaya getməklə çirkin pulları ölkədən kənara çıxarmaqla məşğuldur. Dövlətdən oğurladıqları pulların bir hissəsini getdiyi ölkələr vasitəsilə İŞİD terror təşkilatına ötürməklə məşğuldur”.
Hüquq müdafiəçisinin yazdığına görə, E.Zülfüqarovun şəxsi göstərişi əsasında Nəqliyyat İdarəsinin 120 nəfərdən artıq işçisi vəhhabi cərəyanına qoşulublar: “Həmin şəxslərin geyimlərinə və idarədə namaz qılmalarına diqqət yetirilsə, bu faktı asanlıqla aşkar etmək olar”.
Hüquq müdafiəçisi E.Zülfüqarovun maliyyə maxinasilarına da toxunur: “Çindən yararsız və keyfiyyətsiz 40 ədəd xüsusi texnikanı baha qiymətə sənədləşdirərək “Kapital Motors” şirkəti vasitəsilə almaqla külli miqdarda gəlir əldə edib. Qeyd olunan texnikaların alınmasına 4 milyon pul xərclənib, bu əməliyyatdan təqribən 500 min pul mənimsəyib. Hər ay ARDNŞ-nin Nəqliyyat İdarəsinin həmkarlar komitəsinə köçürülən 50 min manat pulun 90 faizini həmkarlar komitəsinin sədr müavini Aqil Kərimovla mənimsəyirlər. Dövlətdən oğurladığı milyonların hesabına Qobustan qəsəbəsində özünə ferma və heyvandarlıq təsərrüfatı tikdirib. Oranın genişləndirilməsi üçün idarənin texnikasından, işçilərinin əməyindən istifadə edir”.
B.Məmmədov daha sonra yazır ki, idarə rəisinin yaxın qohumunun övladı 2014-cü ilin iyununda Türkiyədə cərrahiyyə əməliyyatı olunub. 2014-cü ilin oktyabrında həmin uşağın valideynini idarənin 6 saylı departamentinə xadimə işinə qəbul edib. 2014-cü ilin dekabrında isə müəyyən sənədləri saxtalaşdıraraq ARDNŞ prezidenti R.Abdullayevə yazılı müraciət etməklə onu aldadıb.
Bu yolla qohumu N.Zülfüqarovanın adına yardım adı altında 30 min manat pul alıb və mənimsəyib. Hüquq müdafiəçisi qeyd edir ki, E.Zülfüqarov ARDNŞ-in hər ay ehtiyyat hissələrinə ayırdığı 1 milyon 500 min manat pulun yarıdan çoxunu “obnaliçka” yolu ilə mənimsəyir: “15-dək şəxsin adını sürücü kimi yazıb onların hər birinin adına hər ay 600 manat mənimsəyir. Maşınları isə faktiki rəhbər işçilər özləri idarə edirlər. Buna misal olaraq həmin idarənin rəis müavini Kamil Kərimov, rəis müavini Yusif Hacıyev, həmkarlar təşkilatının sədri Aqil Kərimov, istismar şöbəsinin rəisi Rövşən Əhmədov, baş mexaniki Vüsal, 5 saylı Departamentin baş mühəndisi Rafiq, 1 saylı Departamentin baş mühəndisi Tariyel, 1 saylı Departamentin rəis müavini Tahir, 3 saylı Departamentin rəis müavini Rauf özləri xidməti maşınlarını idarə etdikləri səbəbindən artıq sürücülərə ehtiyac qalmır. Yanacaq və sürtgü yağlarına ayrılan pullarla birgə E.Zülfüqarov hər ay təqribən 200 min pulu mənimsəyir”.
B.Məmmədov qeyd edir ki, ARDNŞ-nin Nəqliyyat İdarəsində əksər vəzifələrdə E.Zülfüqarovun yaxınları çalışırlar: “Nəqliyyat İdarəsinin kadrlar şöbəsinin rəisi qardaşının kürəkəni Nahid Bədirovdur, Avtomatika şöbəsinin rəisi bacısının kürəkəni Tərlan Rüstəmovdur, Satınalmalar şöbəsinin rəisi bacısının oğlu Ülvi Bəktaşidir, 1 saylı Departamentin Anbar Təsərrüfatının müdiri öz oğludur. 1 saylı Departamentin rəisi Ağaxan Əsədov ən yaxın qohumudur, 3 saylı Departamentin rəis müavini Rauf ən yaxın qohumudur, 3 saylı Departamentin Anbar Təsərrüfatının müdiri ən yaxın qohumudur, 1 saylı Departamentin emalatxana rəisi Ziyad bacısı oğludur və s”.
Hüquq müdafiəçisinin yazdığına görə, idarənin bütün şöbə müdirləri rəisin öz yaxın çevrəsidir, yaxın qohumlarıdır: “Bu səbəbdən də dövlət pullarını sərbəst şəkildə heç bir maneəyə rast gəlmədən mənimsəyir. E.Zülfüqarov ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində 2006-cı ildən işləyir. 9 il ərzində hər ay orta hesabla ən azı 200 min pulun mənimsənilməsini hesabladıqda bu cür maxinasiyalaradan E.Zülfüqüarovun təqribən 21 milyon 600 min mənimsədiyi ortaya çıxır.
Onun çevrəsinin isə bu məbləğin 40 faizini, yəni 8 milyon 640 min manat mənimsədiyini nəzərə alsaq ümumilikdə ən azından bu müddət ərzində 30 milyon 240 min dövlət əmlakının mənimsənilməsi faktı ortaya çıxır”.
B.Məmmədov yazır ki, dövlətdən oğurlanan pullarla E.Zülfüqarov Qobustanda özünə villa tikdirib. Hüquq müdafiəçisi əldə etdiyi faktlarla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş prokurora, Bakı şəhər prokuroruna və ARDNŞ-nin prezidentinə müraciət ünvanladığını da qeyd edir.
“Təzadlar”ın yazdıqları…

Qeyd edək ki, ARDNŞ-in Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin keçmiş sürücüsü Hakim Haqverdiyevin hələ üç ay öncə redaksiyamıza daxil olan şikayət məktubunda sözügedən idarədə baş verən özbaşınalıqlardan bəhs etmişdi. Belə ki, qəzetimizin bu ilin mart ayında işıq üzü görən saylarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 49 ünvanında yaşayan Hakim Haqverdiyevin ARDNŞ-nin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti direktorunun onu qanunsuz olaraq işdən çıxartması ilə bağlı şikayətini dərc etmişdik. Hətta sonra H.Haqverdiyev əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin qanunsuz hesab edilməsi və işə bərpa olunmasının həvalə edilməsinə dair qərar çıxarılması barədə iddia ərizəsi ilə ARDNŞ-nin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentini məhkəməyə də verdi.
Şikayətçi yazırdı ki, sözügedən əmr işəgötürən tərəfindən ona rəsmi qaydada elan olunmayıb və onun sürəti də rəsmi qaydada təqdim edilməyib, həmin əmr 15.01.2015-ci il tarixdə verilməsinə baxmayaraq, əmək kitabçasında 27.01.2015-ci il tarixdə verilməsi qeyd olunub: “Xüsusi olaraq vurğulayıram ki, işdən çıxarılmağım barədə əmr həmkarlar təşkilkatının razılığı olmadan verilib. Bu, əmrin verilmə tarixindən açıq-aydın görünür. Əmr 15.01.2015-ci il tarixdə, həmkarlar təşkilatının razılığı isə 27.01.2015-ci il tarixdə verilib. Həmkarlar təşkilatı heç bir iclas keçirməmiş və bu məsələ, ümumiyyətlə, müzakirə edilməmişdir. Mən həmin iclasa dəvət edilməmişəm və həmkarlar təşkilatı faktiki olaraq həmin razılığı verməyib. Bu “razılığı” sədr şəxsən özü heç bir iclas aparmadan göstərişlə arxa tarixlə formal olaraq verib”.
25 ildir həmin təşkilatda “avtokran”da sürücü işlədiyini qeyd edən H.Haqverdiyev bildirirdi ki, əvvəllər onların arasında müqavilə bağlanmayıb: “Yalnız son vaxtlar hər il aramızda əmək müqaviləsi bağlanmağa başlamışdır. İşlədiyim həmin müddətdə işəgötürən inzibati orqan tərəfindən peşə biliyimin artırılması üçün mənimlə təlimat, yaxud kurslar keçirilməmişdir. Sonuncu dəfə peşəm üzrə bilik səviyyəmin artırılması üçün kurslar 1986-ci ildə, yəni işlədiyim Belarus Respublikasında keçirilmişdir”.
Şikayətçi xüsusu olaraq vurğulayırdı ki, o, Belarus Respublikasında yalnız mexanika üsulla idarə olunan, yəni sovet dövründə istehsal olunmuş “avtokran”larda işləyib: “Ford Carqo 3232-S markalı HK 90 33 T3 tipli 99-JG-756 dövlət qeydiyyat nişanlı “avtokran” isə kompütləşdirilmiş, yəni texniki cəhətdən ən müasir tipli mexanizmdir. Təbii ki, onun idarə edilməsi də yeni bilik və təcrübə tələb edir. Həmin “avtokran” mənə işəgötürən tərəfindən 02.10.2014-cü il tarixdə verilmiş, bundan əvvəl isə, müqavilə bağlanan günü, yəni 01.08.2014-cü il tarixdə mənə köhnə, mexaniki üsulla idarə olunan “Kamaz” 432553KS3577-3K markalı 90-JG-756 dövlət qeydiyyat nişanlı “avtokran” təhkim olunmuşdur”.
“Peşə hazırlığımın olmadığını
işəgötürən bilirdi”

H.Haqverdiyev yazırdı ki, işəgötürənlə onun arasında əmək müqaviləsi 01.08.2014-cü ildən 01.08.2015-ci il tarixədək, yəni 1 il müddətinə bağlanıb: “Kompüterləşdirilmiş Ford Carqo 3232-S markalı HK 90 33 T3 tipli 99-JG-756 dövlət qeydiyyat nişanlı “avtokran” 02.10.2014-cü il tarixdə mənə təhkim edilən zaman peşə hazırlığımın olmadığını işəgötürən bilirdi.
Kranı idarə etmək üçün departament tərəfindən təlim keçirilmədi. Öz üzərimdə çalışaraq kranı idarə etməyə nail oldum. Ancaq 03.01.2015-ci il tarixdə Pirallahıda hava nəm olduğundan həmin gün kranın kompüter sistemində nasazlıq yarandı. Belə ki, bir anda kranın idarəetmə sistemi nəzarətdən çıxdı. Bundan sonra kranın idarə sistemində bəzi problemlər yarandı, amma heç də yararsız vəziyyətə düşmədi. Hazırda həmin “avtokran” saz vəziyyətdə işləyir.
Göründüyü kimi, tərəfimdən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, eləcə də əmək vəzifəsinin kobud şəkildə pozulması halları olmamiş və bu kimi hərəkətlərə yol verilməmişdir. Burada mənim təqsirim yoxdur. Əksinə, işəgötürən tərəfindən mənim texniki cəhətdən məlumatım və təcrübəm olmadığı halda, təlimat və təcrübə kursları keçirilmədən, təlimatlandırılmadan kompüterləşmiş, yeni bilik tələb edən mexanizmi idarə etmək həvalə edilmiş, bunun nəticəsində də həmin hadisə baş vermişdir.
Məlum olduğu kimi, əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsinə dair Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, (7.4.) bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşə öyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər.
Lakin qanunun bu tələblərini də ciddi pozan inzibati orqan – SOCAR “Azneft” İstehsalat Birliyinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti hec bir təlimat keçmədən və attestasiya aparmadan mənə yeni texnikanı həvalə etmişdir. Bunun nəticəsində də yeni texnikanın istifadə edilməsi üçün tələb olunan bilik və təcrübə olmadığından (yəni təqsirim olmadığından) bu hadisə baş vermişdir”.
H.Haqverdiyev işəgötürənin onun barəsində verdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “c” bəndinə istinad etməsini də əsassız və qanunsuz hesab edirdi: “Belə ki, məlum olduğu kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə əsasən “Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Eləcə də, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara dair Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinin tələbrənə görə işcinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması isci tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir”.
SOCAR “Azneft” İstehsalat Birliyinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş əmrin maddi və prosessual hüquq normalarına zidd olduğunu, həmin əmrin qanuna zidd qəbul edilməsi nəticəsində bilavasitə hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edən Hakim Haqverdiyev iddiasında inzibati orqan – SOCAR “Azneft” İstehsalat Birliyinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti ilə aralarında bağlanmış 877 №-li, 01.08.2014-cü il tarixli əmək müqaviləsinin ləğv olunması barədə inzibati orqan tərəfindən verilmiş 15.01.2015-ci il (27.01.2015-ci il) tarixli, 88-k saylı əmrin qanunsuz hesab edilib ləğv olunmasını və onun işə bərpa olunmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakim Elçin Məmmədov SOCAR-ın keçmiş işçisi Hakim Haqverdiyevin SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı qaldırdığı iddiaya baxaraq, iddiaçının SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti ilə aralarında bağlanmış 877 №-li, 01.08.2014-cü il tarixli əmək müqaviləsinin ləğv olunması barədə inzibati orqan tərəfindən verilmiş 15.01.2015-ci il (27.01.2015-ci il) tarixli, 88-k saylı əmrin qanunsuz hesab edilib ləğv olunmasını və onun işə bərpa olunmasının cavabdehə həvalə edilməsinə dair iddiasının mümkünsüzlüyü barədə qarar qəbul etmişdir.
Qeyd etdiyimiz kimi, “Təzadlar” ARDNŞ-in Nəqliyyat İdarəsində baş verən özbaşınalıqlar barədə neçə ay əvvəl bəhs etmişdi.
Qarşı tərəfi də dinləməyə hazırıq.( tezadlar.az)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın