Ana səhifə / Aktual / SOCAR-DAKI “GÜLƏNÇİ” MTN GENERALININ BALDIZI OĞLUDUR! – “Excelsior” oteldə gizli görüş

SOCAR-DAKI “GÜLƏNÇİ” MTN GENERALININ BALDIZI OĞLUDUR! – “Excelsior” oteldə gizli görüş

Bir neçə gün əvvəl Türkiyə mətbuatında adı Fətullah Gülən camaatının adamı kimi keçən “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini Samir Kərimli MTN Əks-kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Şirinovun yaxın qohumudur və məhz onun dəstəyi ilə bu vəzifəyə təyin olunub. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə bildirib.

Samir Kazımlı bugünlərdə işdən qovulan və barəsində araşdırma aparıldığı, məsuliyyətə cəlb olunacağı bildirilən general-mayor Nizami Şirinovun baldızı oğludur. S.Kərimlinin atası, cəmiyyətdə “Hacı Arif” kimi tanınan Arif Kərimov Bakının mərkəzində yerləşən “Levis” mağazalar şəbəkəsinin sahibidir.

Məlumatlı mənbə Türk liseyinin məzunu olan, daha sonra ABŞ-da təhsilini davam etdirən Samir Kərimlinin həqiqətən də Fətullah Gülən camaatının üzvü olduğunu bildirir.

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzeti bir neçə gün əvvəlki araşdırma yazısında Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini olan Samir Kərimlini hazırda AKP hökuməti tərəfindən “terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim etmişdi.

Qəzet yazır ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.
Yazıda bildirilir ki, SOCAR-dakı fətullahçılardan biri şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.
F.Yigit bir neçə ay əvvəl ABŞ-da olub və geri qayıdandan sonra SOCAR-dakı AKP tərəfdalarının müəyyən edilməsi üçün lobbi fəaliyyətləri həyata keçirib.

Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.

“Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda “Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.

S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da “paralel dövlət”ə maddi dəstək təmin edir.

Samir-Mustafa
Samir Kərimli və Mustafa Özcan

Bizi məlumatlandıran mənbə deyir ki, Samir Kərimli Fətullah Gülənin “sağ əli” və vəliəhdi kimi tanınan “Sema” klinikası Yönətim Kurulunun başqanı Mustafa Özcanla da sıx münasibətlərdədir. M.Özcan Bakıdakı “Nil” mağazalar şəbəkəsinin də sahibidir və dəfələrlə Azərbaycanda olub. Mənbə deyir ki, Samir Kərimli dəfələrlə Mustafa Özcanla Nizami Şirinovun görüşünü təşkil edib. İlk dəfə onlar 2008-ci ildə Bakıda “Excelsior” otelində görüşüblər. Sonrakı illərdə bu təmaslar davam etdirilib. N.Şirinovun da fəal dəstəyi ilə Samir Kərimli “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini vəzifəsinə təyin olunmasına nail olur. S.Kərimli isə öz növbəsində yeznəsi Etibar Baloğlanovu (Ağalar) SOCAR-ın Türkiyədəki törəmə şirkətlərindən birinin başına keçirməyə nail olur.

Azərbaycanın təhlükəsizlik generalının Fətullah Gülənin vəliəhdi kimi tanınan ən yaxın adamlarından biri – Mustafa Özcanla təmasları maraq doğurur. Bu münasibətlərin biznes maraqlarına, yoxsa digər məqsədlərə söykəndiyini isə demək çətindir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın