Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Şöbə müdiri: “Zəlzələ zamanı qaçmaq əvəzinə olduğun yerdə qalıb qorunmaq lazımdır”

Şöbə müdiri: “Zəlzələ zamanı qaçmaq əvəzinə olduğun yerdə qalıb qorunmaq lazımdır”

“Zəlzələ baş verən zaman qaçmaq əvəzinə, olduğun yerdə qalıb qorunmaq lazımdır”.

Bunu “Report”a açıqlamasında AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

O bildirib ki, hündürmərtəbəli binalarda yaşayan insanlar qaçmağa çalışmamalıdırlar: “Çünki zəlzələ saniyələr ərzində baş verən prosesdir. Zəlzələ baş verən zaman qaçmaq əvəzinə olduğun yerdə qalıb, qorunmaq lazımdır, məsələn, qapının ağzında, otağın küncündə, stolun altında gizlənmək daha yaxşı olar. Bunlar olacaq bədbəxt hadisələrin qarşısını yüngül də olsa ala, üzərlərinə düşəcək şeyin təsirini müəyyən qədər azalda bilər”.

Mütəxəssis qeyd edib ki, zəlzələ zamanı tikinti qaydalarına riayət olunmayan evlər daha tez dağılır: “Mütləq şəkildə ev tikintisində qaydalara riayət etmək lazımdır ki, bədbəxt hadisələrin təsirini azaltmağa yardım etsin”.

T.Məmmədlinin sözlərinə görə, seysmoloji aktivlik olan ölkədə bu istiqamətə yönəlmiş maarifləndirici tədbirlər daim davam etməlidir: “Məsələn, bilmək lazımdır ki, zəlzələ olan zaman qoca və uşaqlara kömək etmək lazımdır. Maarifləndirici tədbirlərin yükü müvafiq qurumlarla bərabər Kütləvi İnformasiya Vasitələrinin də çiyninə düşür, xüsusən də televiziyalarda təbliğat işi daim getməlidir”.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …