Ana səhifə / Aktual / “Siz xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız”

“Siz xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə tədbirlər davam etdirilir. Bununla bağlı atdığı qətiyyətli addımlara, xalqımızın sağlamlığının qorunması və eyni zamanda, rifahının yaxşılaşdırılması üçün verdiyi mühüm qərarlara görə respublikamızın bütün guşələrindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

“Qafqazinfo” Prezidentin saytına istinadla daha bir neçə məktubu təqdim edir.

7 qat dünya və Avropa çempionu Rüstəm Musayevdən:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan. Biz idmançılar Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi dəstəkləməyimizin səbəbi Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticələridir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Sizin yüksək vətənpərvərliyiniz, xalqımıza bağlılığınız, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizləri sevindirir və gələcəyə ümidlərimizi daha da artırır.

Cənab Prezident, 2018-ci ilin idman sahəsində yekunları ilə bağlı Milli Olimpiya Komitəsində keçirilən hesabat tədbirində Siz mənə Bakı şəhərində 2 otaqlı mənzil hədiyyə etmisiniz. Bu, bizim ailəyə müstəsna kömək olmaqla yanaşı, idmançılara verilən böyük dəyərdir. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin payı var. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Biz idmançılar Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq. Çünki, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Kürdəmir rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzovdan:

“Cənab Prezident, bütün dünyada koronovirus pandemiyasının hökm sürdüyü bir zamanda Siz xalqımızı bu bəlanın fəsadlarından uğurla qoruyursunuz. Sizin uğurlu siyasətinizin nəticəsində bu pandemiyanın ölkəmizə təsirləri minimuma endirilib.

Möhtərəm cənab Prezident, hər bir vətəndaşınızın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, yetişməkdə olan gənc nəsil yekdilliklə bu fikirdədirlər ki, Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın vətənpərvər, mərhəmətli, qətiyyətli və müdrik rəhbərisiniz. Qəbul etdiyiniz hər bir humanist qərarda xalqı düşünürsünüz, daim xalqımızın yanındasınız və həyata keçirdiyiniz siyasətdə, verdiyiniz qərarlarda bu hər zaman özünü göstərir. İnanırıq ki, bu çətin günlərimiz geridə qalacaq. Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq”.

Bakı şəhərinin Xətai rayonunun sakini Sənani İsgəndərovdan:

“Hörmətli cənab Prezident. Siz bizləri – şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar. Ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir, lakin heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb. İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcəkdir”.

Gəncə şəhər sakini Gülnar Hüseynovadan: 

“Çox hörmətli cənab Prezident. Nə yaxşı ki, Siz bizim ölkəmizin – Ulu Öndərimizin memarı olduğu müasir Azərbaycanımızın rəhbərisiniz. Nə yaxşı ki, bu çətin anlarda bizim arxamızdasınız, güvən yerimizsiniz. Burada bir deyim yada düşür: “Yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa tərk olardıq yaman əlindən”. Çətin anlarda, xalqın ağır günlərində onun yanında olmaq, onun taleyini düşünərək qabaqlayıcı tədbirlər görmək – bütün bunlar Sizə xas olan xüsusiyyətlərdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində o qədər yaxınlıq, istilik duyulurdu ki, sanki ana qayğısı, bacı mərhəməti, nənə şəfqəti idi. Mən bir sadə vətəndaş, bir müəllim olaraq bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Mingəçevir şəhər sakini Nurcamal Əsgərovadan:

“Çox hörmətli Prezident. Ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq bizi qürurlandırır. Biz əminik ki, Azərbaycan xalqının sağlamlığının qorunması sahəsində apardığınız məqsədyönlü tədbirlər tezliklə ölkəmizin koronavirus xəstəliyindən qurtulmasına imkan verəcəkdir. Bu sahədə aparılan işlər Sizin birbaşa rəhbərliyiniz və tapşırıqlarınızla həyata keçirilir. Siz hər bir vətəndaşın sağlamlığını düşünürsünüz. Sizin göstərişlərinizlə görülən bütün tədbirlər hər bir vətəndaşın sağlamlığının təmin olunmasına xidmət edir. Biz bunu yaxşı başa düşürük və bu mübarizədə daim Sizinlə həmrəyik. Cənab Prezident, bu yolda Sizə uğurlar, cansağlığı arzu edirik. Ulu Tanrı Sizi qorusun. Biz hər zaman Sizinləyik”.

Lənkəran rayon sakini Saleh İsrafilovdan:

“Çox hörmətli cənab Prezident. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər Qarabağ müharibəsi əlili olaraq məni çox sevindirir. Ölkəmizdə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən bu tədbirlər Sizin uğurlu siyasətinizin mərkəzində insan amilinin, insana və vətəndaşa yüksək qağının dayandığını əyani şəkil sübut edir.

Əziz Prezidentimiz, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə müstəqilliyimizi, dövlətçiliyimizi, xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Çox hörmətli Prezidentimiz, inanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu bəladan da uğurla çıxacaqdır. Gördüyünüz misilsiz işlərə görə Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm.Torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin daha da inkişafı yolunda biz – müharibəsi veteranları daim Sizinləyik. Uca Allah Sizi qorusun”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …