Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Siz bu yanda toy edirsiniz, toya gedirsiniz, tost deyirsiniz. Utanın! Ayıbdır axı…”

“Siz bu yanda toy edirsiniz, toya gedirsiniz, tost deyirsiniz. Utanın! Ayıbdır axı…”


“Başa düşürəm, xırda adamlarsınız, özünüzə hörmət qoymursunuz. Cəhənnəmə ki. Amma xalqa hörmət qoyun; onun sərvətini oğurlayaraq varlanıb şişmisiniz. Heç olmasa, buna görə”.
“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev yazıb. Jurnalist qeyd edib ki, 7 aydır, camaata qaydalara əməl edilməsi üçün tövsiyələr verilir: “Siz bu yanda toy edirsiniz, toya gedirsiniz, tost deyirsiniz. Utanın! Ayıbdır axı. Ya hamı bu qaydalara əməl etsin, ya da qaydalar hamısı ləğv edilsin. Camaat getsin işinə-gücünə, kəndinə-kəsəyinə. Toyunu edən toyunu etsin, ölüsünə ehsan verən ehsan versin. Bu nə biabırçılıqdır?! 
Bəs biz bu günə kimi camaata evdə oturun, toy olmasın-filan demişik axı. Yalan demişik?! Məhbuslar, müttəhimlər aylarla türmələrdə zarıyır, ombudsman xanımın vecinə deyil, ancaq Ramiz Mehdiyevin nəvəsinin toyuna qaça-qaça gedib. Bu nə ölkədir biz yaşayırıq?! 
7 aydır Bakıdan qırağa çıxmamışıq. Biz anamızın qəbrini ziyarət etməyə gedə bilmirik; buraxmırsız, biz də qaydanı pozmağı özümüzə yaraşdırmırıq, şadlıq evlərinin, restoranların aşpazları, ofisiantları ac oturub evində, bu utanmazlar öz bağlarında şıdırğı toy edirlər. Sözün bitdiyi yer…”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …