Ana səhifə / “Siz Allahla oyuncaq oynayırsız?!” – “Bulaq məsələsi” xanəndəni özündən çıxardı

“Siz Allahla oyuncaq oynayırsız?!” – “Bulaq məsələsi” xanəndəni özündən çıxardı

200 minlik bulağının quruduğu deyilən xanəndə Elnarə Abdullayevanın adı bu dəfə başqa qalmaqalda hallanıb.
Belə ki, jurnalist İntiqam Valehoğlu milli.az saytındakı yazısında qeyd edib ki, xanəndə Elnarə Abdullayeva ona açıqlama verərkən jurnalistlərin ünvanına təhqiredici ifadələr işlədib:
“Elnarə xanıma zəng vurub soruşdum ki, doğrudanmı sizin çəkdirdiyiniz bulaq daha fışqırmır? O da telefonun o başından başladı təlim-tərbiyəsinə uyğun fikirlər səsləndirməyə: “Onu yazanın var-yoxu çöldə qalsın. Jurnalistlər arasında da cındırlar var…”
Təbii ki, onun səsləndirdiyi fikirlər mənə aid olmasa da, jurnalist kimi münasibət bildirməyi borc hesab edirəm. Ən əsası ona görə ki, bu tərbiyəsizlik mənim həmkarıma qarşı olunub. Əvvəla, bu söz qadın adına yaraşmır və o xanımın evdə övladlarıyla, həyat yoldaşıyla hansı tərzdə danışdığı mənə çox maraqlıdır. Əgər bir adam jurnalistə var-yox söyüşü söyə bilirsə, deməli, evində bunun ikiqat artığını edə bilir. Fikrimcə, özünə, yaxınlarına, qısaca desək, var-yoxuna hörmət edən kimsə mətbuat vasitəsilə var-yox söyüşü söyməz”.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a danışan xanəndə jurnalistləri təhqir etdiyini etiraf edərək özünə haqq qazandırıb:
 “Jurnalist mənə zəng edib soruşdu ki, “sizin çəkdirdiyiniz bulağın suyu həqiqətən quruyub?” Mən də dedim ki, bu cür məlumatı yazanın var-yoxu küçədə qalsın… 
Bəli, belə söz demişəm. Bunu mətbuata çıxardan jurnalistə deyirəm – dünyada  nə pislik var, haqq olsun sənə!
 
Mən ilk öncə müğam ifaçısı deyil,  kəndçi babayam, ay bala, mən kənd adamıyam. Mənim Allahdan başqa heç kimim yoxdur. Hamınız bilin, insanın evini yalnız Allah yıxa bilər. Siz Allahla oyuncaq oynayırsız?!”
Xanəndə jurnalistləri məhkəmə ilə hədələməyi də unutmadı: “Bir də hansısa jurmalist mənə zəng etsə onu daha pis  təhqir edib sonra da məhkəməyə verəcəm! Xəbərdarlıq edirəm, gedin, ağıllı olun, başınızı xarab etməyin. Mənim zülmüm hazırda ərşə çəkilib, siz isə kef edirsiz. Axı nə biləsiz ki, kimin nə dərdi, kədəri var? Siz jurnlalistlər necə adamsız axı?!”.

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …

Bir cavab yazın