Şənbə , May 25 2019
Ana səhifə / Aktual / Siyavuş Novruzov spikerdən siyahının açıqlanmasını istədi – Parlamentdə MÜBAHİSƏ

Siyavuş Novruzov spikerdən siyahının açıqlanmasını istədi – Parlamentdə MÜBAHİSƏ

“Tez-tez mətbuatda “istiqlalçı deputatlar”la bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bütün hallarda bu məsələlərə son qoymaq lazımdır. “Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm, kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlasın”.

Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız “İstiqlalçı deputatlar” SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər”.

Həmçinin oxuyun

Akif Çovdarov azadlığa gedən yolun astanasında

“MTN işi” üzrə tutulan 22 nəfərdən həbsdə 10 nəfər qalıb; “Rabitə işi”ndə tutulan 11 nəfər …