Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Siyasi mübarizə intellektə, arqumentlərə söykənərək aparılmalıdır- PƏRVİZ HƏŞİMLİ

Siyasi mübarizə intellektə, arqumentlərə söykənərək aparılmalıdır- PƏRVİZ HƏŞİMLİ

“Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə Qərb mediasında Azərbaycan hakimiyyəti əleyhinə kampaniyanın şahidi olmadıq. Görünür, son zamanlar   səslənən söyüşlərin də bir səbəbi budur”.
Bu sözləri Gununsesi.info xəbər portalının baş redaktoru Pərviz Həşimli “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
Baş redaktor hesab edir ki, seçkidən sonrakı dönəmdə bu proses səngiyəcək: “Bu başqa məsələdir ki, siyasi mübarizə intellektə, arqumentlərə söykənərək aparılmalıdır. Əli Həsənov son zamanlar ölkə rəhbəri ilə yanaşı özünün də söyüş hədəfinə tuş gəldiyini xatırlatdı. Mən burada təəccüblü bir şey görmürəm. Çünki, hakim komanda daxilində azsaylı adamlardansınız ki, prosesin önündə gedirsiniz. Ancaq bu məsələlərlə bağlı hakim partiyanın 70 -ə yaxın deputatlarının əksəriyyətindən münasi bət almaq çətindir. Əməkdaşlarımız telefon açdığı deputatlardan “Əşi məni qatmayın, məni də söyəcəklər” tipli cavablar alırıq”.
Pərviz Həşimli həmçinin, çıxışında ölkədə bir sıra problemlərin olduğunu da diqqətə çatdırıb: “Azərbaycanda bir sıra problemlər var və inkar olunmur. Ümid edək ki, seçkilərdən sonra istintaq və məhkəmə orqanlarında qeyri-adekvat münasibətlə üzləşib, həbsdə olan bir çox insanların azadlığının şahidi olacağıq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …