Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Siyəzəndə etirazlarçılarla polis arasında qarşıdurma

Siyəzəndə etirazlarçılarla polis arasında qarşıdurma

Yaxın saatlarda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Siyəzəndəki hadisələrlə bağlı birgə bəyanatla çıxış edəcəkləri gözlənilir.

Məlumatı virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə verib.

*   *   *13:39

Siyəzən rayonunda dünəndən başlayan bahalaşma əleyhinə aksiya bu gün də davam edib.

Hazırda isə rayonda narazılıq etirazçılarla polis arasında qarşıdurmaya çevrilib.

Vəziyyəti nizama salmaq üçün rayona əlavə qüvvələr yeridilib.

Rayondan virtualaz.org-a verilən məlumata görə, etirazçılar polisə daş atırlar. Polis isə aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edir.

Qalaaltı adlı yerdə saxlanılanların olduğu bildirilir.

Artıq yaralıların olduğu barədə də xəbərlər gəlir. Ancaq onların sayı barədə dəqiq məlumat verilmir.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın