Ana səhifə / “Sıxılıram ki, bu qızlar necə böyüyəcək?” – VİDEO

“Sıxılıram ki, bu qızlar necə böyüyəcək?” – VİDEO

“ARB Ulduz”un “Şou-məkan” proqramında bu dəfə məşhurlar arasında sorğu keçirilib.

Belə ki, tanınmış simaların yaxın və ya uzaq gələcəklə bağlı düşüncələri həyatları kimi rəngarəng və qaynar olsa da, məşhurların bəziləri ən böyük arzularının sadəcə övladları ilə bağlı olduğunu etiraf edib:

Emil Bədəlov: “Ən böyük arzum odur ki, ikinci övladım sağ-salamat dünyaya gəlsin. Onları boya-başa çatdırım. Sənətdə isə ən böyük arzularımdan biri odur ki, toylarım olsun, çoxlu pul qazanım”.

Nazim: “Ən böyük arzum övladlarımla bağlıdır. Dünyanın durumunu görüb sıxılıram ki, bu qızlar necə böyüyəcək? Arzulayıram ki, əmin-amanlıq içərisində böyüsünlər”.

Vasif Məhərrəmli: “İki övlad atası kimi qızımın toyunu görmək arzum var. Oğlumun məktəbə getmək arzusu var. Oğlumun və qızımın ali təhsilli, savadlı, ölkəmizə yararlı bir övlad olmasını arzu edirəm”.

Ulduzların bir qismi isə yəqin ilboyu o qədər yorulublar ki, gözləri nə var-dövlət, nə də ki başqa bir şey görür. Ancaq istirahət və gəzinti hazırda onların xəyallarını bəziyir:

Sevda Yahyayeva: “Ən asası yayın gəlməsini, iyun ayını gözləyirəm. İstirahət etmək istəyirəm. Gün sayıram ki, Bodruma gedim. İki ildir ki, mən istirahət etmirəm. Bu il istəyirəm ki, heç olmasa, on gün özümə vaxt ayırım”.

Səidə Sultan: “Sən soruşdun, ümumiyyətlə, arzularım qaçdı. Bax, indi bu dəqiqə Braziliyaya getmək istəyirəm. Öz də karnavala getmək istəyirəm. Düşüb ortaya karnavaldakılarla oynamaq istəyirəm. Orda kim kimədir ey baxan”.

Nəhayət ki, arzularını dilə gətirib reallaşmasını hər şeydən çox istəyənlər arasında maddiyyatla bağlı nələrsə arzu edənlər olub:

Günay İbrahimli: “Heydər Əliyev Sarayında konsert, avtomobilimi dəyişmək istəyirəm, bir də həyət evi istəyirəm”.

Vüqar Muradov: “Hazırda ən böyük istəyim işləyib ev almaqdır. Öz evim yoxdur. Kirayə haqqı verməkdəın bezmişəm. İndiyə qədər kirayələrə verdiyim pula, bəlkə də, bir ev almaq olardı”.

Aktrisa Cəmilə Tağızadəyə isə sualı ünvalayan kimi elə bil ürəyində illərdir möhkəm-möhkəm saxladığı giley-güzarı bir nəfəsə dilə gətirib:

Cəmilə Tağızadə: “Ən böyük istəklərimdən biri odur ki, aktyor və aktrisalarımıza dəyər verilsin. Çünki lazımi yerdə lazımi hörməti görmürük. Qonorar problemləri yaşayırıq, gedirik çəkilirik, qonorarımızı ala bilmirik. Filmdə çəkildik, onun qonorarını ala bilmədik. Qalmaqalı yaşandı. Axı mən niyə bu qədər əziyyət çəkməliyəm?”

Şou-biznesdəki qalmaqallar, söz-söhbətlər, insanların dondan-dona girib aktyorluq etməsi Niyam Salamini o qədər cana doydurub ki, müğənni sadəcə mehribanlıq və gülərüz istəyir:

Niyam Salami: “Hazırda bilirsiz nə istəyirəm? Hər kəsin üzünü gülər görmək istəyirəm . Bu günümü pozmaq istəmirəm. Gülərüz olsunlar ki, mənim əhvalımı korlamasınlar”.

Bəzən arzularla, imkanlar və ya zaman üst-üstə düşmür. Müğənni Zamiq Hüseynov isə elə bu nüansı diqqətə çatdıraraq, böyük arzularının olmadığını söylədi:

Zamiq Hüseynov: “Mən böyük şeylər arzulamıram. Mən elə arzulayıram ki, yaşaya bilim. Adamlar var ki, böyük arzular diləyir, o xəyallarla yaşayır, olduğu məqamın qədrini qiymətini bilmir. Ancaq mən elə adam deyiləm ki, özümə təyyarə arzulayım və ya kosmosda yaşamaq arzulayım. Mən necəyəmsə eləyəm, bu günümə şükür edirəm”.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın