Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Şitilləri suvaran 18 yaşlı qızı tok vurub öldürdü

Şitilləri suvaran 18 yaşlı qızı tok vurub öldürdü

Göyçay rayonunda gənc qız faciəli şəkildə ölüb.

Hadisə bu gün rayonun Yalman kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Dəmirova Elnarə Şirinbala qızını yaşadığı evin həyətində elektrik cərəyanı vurub. Qız həyətdəki pomidor istixanasında şitillərin suvarılması üçün valideynlərinə kömək edərkən su motorunun köhnə elektrik naqili ilə ehtiyatsız davranıb və cərəyan onu vurub. E.Dəmirova yerində ölüb.

Faktla bağlı Göyçay Payon Prokurorluğu tərəfindən araşdırma aparılır (APA).

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın