Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Sistem köçürülən məktəbli komaya düşərək öldü

Sistem köçürülən məktəbli komaya düşərək öldü

Balakəndə məktəbli dünyasını dəyişib.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem köçürülüb.

Sistemdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. Onun vəziyyəti pisləşdiyi üçün təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı Turan Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da vəfat edib.

Qeyd edək ki, Turan Mahatov 3-cü sinif şagirdi olub.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …